Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Əlaqə


Iteca Caspian LLC
Xəyal Əliyeva
Layihə rəhbəri
Tel.: +994 12 4474774
Faks :+994 12 4478558
E-mail : tourism@iteca.az@iteca.az

Fuad Aslanov
Texniki menecer
Tel.: +994 12 4474774
Faks :+994 12 4478558
E-mail :technical@iteca.az

Ladina Loginova
Məlumat bazasının şöbə rəisi
Tel.: +994 12 4474774
Faks :+994 12 4478998
E-mail :info@iteca.az

Svetlana Hacıyeva
PR Menecer
Tel.: +994 12 4474774
Faks :+994 12 4478998
E-mail :pr-assistant@iteca.az

Mehriban Baxşıyeva
Reklam üzrə menecer
Tel.: +994 12 4474774
Faks :+994 12 4478998
E-mail :media@iteca.az


EUF, Turkey
Melis Ceyrekbaşıoğlu
Departament direktoru

Tel.: +90 212 291 8310
Faks: +90 212 240 4381
E-mail : melisc@ite-turkey.com


ITE GULF FZ LLC
Abdul Sahid
Layihə meneceri

Tel.: +971 44332970/71/72/73/74
Faks: +971 44380255
E-mail : tourism@ite-gulf.com


Baş xəbərlər

Sizi səyahətə dəvət edirik!

AITF 2010 sərgisinin sürprizlərindən bir də sərginin hüdudlarından kənara çıxmadan Azərbaycanın bütün bölgələrinə səfər etmək kimi unikal bir imkandır. Burada ziyarətçilər Azərbaycan bölgələrini təmsil edən stendlərin vahid bir kompleks şəklində birləşdirilməsini - bir-birindən parlaq, nümunəvi ekspozisiyaların daxili pavilyon boyu düzülməsini çox bəyəndilər. Qonaqların diqqətinə Azərbaycan üzrə 17 turizm marşrutu təqdim olunur və onlardan hər biri öz üstünlükləri və milli koloriti ilə seçilir. Bir stenddən digərinə keçən zaman fotoşəkil ekspozisiyaları, xəritələr, bukletlər, xalça fonunda bələdçilər, güldanlar, şəbəkə, gül ornamentləri və ənənəvi bəzək əşyalarının bir birini tamamladığının şahidi olursan. Şair təbiri ilə desək, burada dağlar və meşələr güllü-çiçəkli talalar, qaynar düzəngahlar və suyu bumbuz olan şəlalələr bir-biri ilə baş-başa verir.

Sərgi iştirakçılarının əsas vəzifəsi ziyarətçiləri cəlb etmək, onları turizm məhsullarının müxtəlifliyi, otel infrastrukturunun geniş miqyasları, regionlara turizm axınının artırılması imkanları ilə heyrətləndirməkdən ibarətdir. Yerli turizm ekspertlərinin rəyinə əsasən, Naxçıvan, Quba, Lerik, Bakı şəhərlərinin nümayəndələri bu məsələnin öhdəsindən uğurla gəliblər.

Şəki, Qəbələ, Gəncə, Xaçmaz şəhərlərinin stendləri çox maraqlı və cazibədar formada bəzədilib, Qax, Lənkəran və sözsüz ki, Qarabağ ekspozisiyaları isə öz yerli dəyərləri haqqında səmimi və təbii söhbətlər sayəsində bir çoxlarının qəlbini fəth edə bildi.

Hər bir sərgi iştirakçısı fəxr etməli bir çox dəyərlərə malikdir. Zəngin təbii ərazilər, unikal tarixi abidələr, milli mədəniyyət xəzinələri və yerli ustaların bənzərsiz əsərləri..... Bir çox regionlar öz etnoqrafik ansambllarını, rəqs kollektivlərini təqdim etməklə yanaşı, sərgiyə gələnlərə yerli şərabdan, milli şirniyyatlar və ləziz təamlardan dadmaq imkanları ilə hədsiz sevinc bəxş etdilər.

 

Biz AITF 2010 sərgisi çərçivəsində Sizi Azərbaycan üzrə böyük səyahətə çıxmağa dəvət edirik. Doğma vətənimizin ən ucqar bölgələri belə hər bir yeni sərgi keçirilən zaman bizə daha yaxın və daha sevimli olur. Bütün peşəkar turizm sərgilərinin əsas məqsədi məhz bundan ibarətdir, çünki bütün səyahətlərə məhz vətəndən başlamaq lazımdır.

top
...

Pitet Qoldsmit, “White  Sand Tours” (Mavriki Respublikası) şirkətinin nümayəndəsi:

Bu il dünya sivilizasiyana daxil olmasının 500 yüz illiyini qeyd edən, qeyri-adi, əfsanəvi bir nağıllar adasına düşmək istəyirsiniz? Mavriki Hind okeanının cənub-qərb hissəsində yerləşən ada-dövlətin ürəyi sayılır. Burada sizin bütün problemləri unudaraq ucsuz-bucaqsız sularda macəralardan zövq almaq, sönmüş vulkanın kraterinə enmək, qoruqlardakı ekzotik quşlara və bitkilərə tamaşa etmək, eləcə də müxtəlif mədəniyyətlər ilə yaxından tanış olmaq və planetimizin bir çox xalqlarının mənəvi dəyərlərini öyrənmək imkanlarınız olacaq. Biz sərgi stendimizin bütün ziyarətçilərinə saatlarla Mavriki adasının möcüzələri barədə danışmaqla yanaşı, bəyaz qumlu çimərliklər və mərcan riflərinə unudulmaz səyahətlər təşkil edə bilərik. Adanın sahildən uzaqda yerləşməsinə baxmayaraq, son dərəcə cəlbedici olan balıqçılıq və okean dərinliklərinə sualtı səyahət Avropa turistləri arasında çox populyar məşğuliyyət sayılır. Azərbaycandan olan turistlər Mavriki adalarına hələ ki, nadir hallarda səyahət edirlər. Buna baxmayaraq, “AITF 2010” sərgisi artıq sizin xalqın təbii gözəlliklər, unudulmaz təəssüratlar və uğurlu kommersiya layihələrinin gerçəkləşdirilməsinə artan marağını bir daha əyani olaraq nümayiş etdirdi.

Bizim ölkədə bir çox beynəlxalq şirkətlər, “offşor” biznes mərkəzi, keyfiyyətli kommunikasiyalar və ali təhsilli insanlar var. Bəzi insanlar bizim ölkəyə öz işləri ilə əlaqədar səfər edirlər, digərlər isə burada istirahət etmək üçün ev alırlar. Demək istəyirəm ki, Mavriki adalarında turizm biznesi Azərbaycanlı iş adamları üçün müəyyən maraq kəsb edir. Ziyarətçilər şirkətimizin mehmanxana hüdudlarından kənarda onları maraqlandıra biləcək geniş çeşidli xidmətləri haqqında daha ətraflı məlumatlar əldə etməyə can atırlar. Biz isə öz növbəmizdə onları rahat otellər, keyfiyyətli xidmətlər və ləziz təamlar ilə təmin edəcəyimizə zəmanət veririk. Əlbəttə ki, sizi heyrətamiz tarixi və mədəni ekskursiyalar, ekoloji sürprizlər və ən nəhayət – əsl, həqiqi macəralar gözləyir.

Biz birinci dəfədir ki, Bakıya gəlmişik və hesab edirik ki, güclü iqtisadiyyata malik olan Azərbaycan öz vətəndaşlarının tropik adalarda istirahət kim yeni variantları gerçəkləşdirmələrinə əlverişli zəmin yarada bilər. Bizim Dubay ilə çox yaxşı əlaqələrimiz var və bilirik ki, Dubay Azərbaycana yaxın bir şəhərdir. Dubaydan müntəzəm olaraq bizə bir neçə altı saatlıq birbaşa aviareys fəaliyyət göstərir. Düşünürəm ki, bu, Azərbaycandan olan turistlərin tropik adaları, ələlxüsus da Mavriki adalarını kəşf etmək üçün çox gözəl bir imkandır. Bu baxımdan, hər il müxtəlif ölkələrdə keçirilən peşəkar turizm sərgilərinin arasında öz layiqli yerini tutmağa müvəffəq olan AITF 2010 sərgisi çox gözəl imkanlar təqdim edir. Sözügedən sərgi bizim ölkə haqqında məlumatların yayılması baxımından da böyük rol oynayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən bizim stendi ziyarət etdi və səmimi söhbət əsnasında bizim dövlətlə, habelə turizm əlaqələrinin inkişafı imkanları ilə maraqlandı.

Biz çox ümid edirik ki, bu sərgi sayəsində biz Azərbaycandan olan yüksək səviyyəli qonaqların bizim ölkəmizə səfər etməsi kimi xoş sürprizin şahidi olacağıq. Bu isə öz növbəsində ölkələrimiz arasında beynəlxalq əlaqələrin və turizmin inkişaf etməsinə öz dəyərli töhfəsini verəcək.

top
...

Andrey Andrianov, “SOLEANS”  (İsveçrə) agentliyinin Baş direktoru:

Keyfiyyətli tibbi xidmət ilə əla istirahət imkanını necə birləşdirmək mümkündür? İcazə verin bu suala özüm cavab verim: Əlbəttə ki, İsveçrədə - Turizmin əzəldən inkişaf etdiyi və mükəmməl səviyyəyə çatdığı, formalaşmış infrastruktur və klassik servisin vəhdət təşkil etdiyi bir yerdə. Bizim əsrarəngiz ölkəni ziyarət etməkdə isə sizə bizim xarici turistlərin qəbulu və onların istirahətlərinin təşkili üzrə 19 ildən çox yüksək peşəkar təcrübəyə malik olan şirkətimiz - İsveçrənin tanınmış turizm agentliyi yardımçı olacaq.

Dünyanın istənilən yerindən istənilən kateqoriyalı müştəriləri qəbul etməklə, biz onları istənilən növ yaşayış yerləri və eksklüziv xidmətlər ilə təmin edirik. Azərbaycandan olan müştərilərimizdən daxil olan sorğular üzrə apardığımız marketinq araşdırmaları onu göstərir ki, turistlərin qəbulu üzrə əsas imkanlardan biri Avropa ölkəsində alternativ müayinə aparmaq arzusudur. İnsanlar təkcə müalicə almaq deyil, həmçinin keyfiyyətli konsultasiya xidmətləri əldə etmək və nəticə etibarı ilə məhz İsveçrə kimi ölkədə yaxşıca dincəlmək və öz dünyalarını unudulmaz xatirələr ilə zənginləşdirmək istəyirlər.

Mən əminəm ki, Azərbaycan sərgisi Azərbaycandan İsveçrəyə gələn turist axınının yüksəlməsinə yardım etmək əzmindədir. Açıq söyləmək istəyirəm: ziyarətçilərin bizim stendə olan marağı yaxşı mənada məni çox təəccübləndirdi və həmsöhbətlərimin, eləcə də potensial müştərilərimin peşəkarlığı məni çox sevindirdi.

Bəli, İsveçrəni sizin ölkədə yaxşı tanıyırlar!

Belə tədbirdə ilk dəfə iştirak etməklə, mən “AITF” sərgisi haqqında müsbət qənaətə gəlmişəm. Düşünürəm ki, sərgi təşkilatçısı “Iteca Caspian” şirkəti ilə əməkdaşlığımız bir ənənəyə çevriləcək. İlk öncə, bu, hər iki tərəf üçün maraq kəsb edən faydalı bir iş birliyi olacaq, ikincisi isə, Azərbaycan turistlərinin aşkar potensialına əmin olduqdan sonra, biz Avropaya səfər etmək üçün onlara daim kömək edə bilərik.

Sərgi haqqında əlavə bir fikir də söyləmək istəyirəm: sərgi çox gözəl təşkil edilib və burada hamıya bərabər səviyyədə xidmət göstərilir. Burada çox rahat şəkildə fikir mübadiləsi aparmaq, suallara cavab vermək, hər bir ziyarətçiyə vaxt ayırmaq və onu informasiya ilə maksimum təmin etmək mümkündür. Burada əksər beynəlxalq səviyyəli forumların müştərilər arasında keyfiyyət və kəmiyyət baxımından alternativ variantlar və tarazlıq tapmaq kimi əsas prinsipi həyata keçirməyə müvəffəq olduq.

Bizim stendimizdə bir neçə çox maraqlı görüşlər, həmçinin İsveçrəyə turların satışının özəl xüsusiyyətləri ilə bağlı Azərbaycan turizm operatorları üçün çox uğurlu təqdimat mərasimi baş tutdu.

Bir sözlə, mən çox razıyam!

top
...


bütün xəbərlər
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  08/12/2019 09/12/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek