Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия













AITF 2011 Daily News

10-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

"Bütün dünya. Bir sərgi"

“AITF 2011” 10-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi öz işinə başlayib. Bu il öz on illik yubileyini qeyd edən “AITF” sərgisi bu illər ərzində haqlı olaraq bütün Xəzəryanı regionun səyahət sənayesinin əsas hadisəsinə çevrilmişdir. Burada mühüm görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, yeni proqramlar, qiymət və istiqamətlər elan edilir.

Sərgidən əvvəl keçirilmiş açılış mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev və "ITE Group Plc" şirkətinin İcraçı direktoru Edvard Stroon iştirak etdilər. Cənab Qarayev mərasimdə çıxış edərək Azərbaycanda keçirilən Turizmin İli münasibəti ilə bütün iştirakçıları təbrik etdi və bildirdi ki: "Bu gün biz iki əlamətdar hadisəni qeyd edirik. 2001-ci ildə Azərbaycanda ilk dəfə Turizm Nazirliyi yaradıldı və elə həmin il ilk dəfə "AITF" Turizm və Səyahətlər sərgisi təşkil edildi. Cənab Prezidentin şəxsi təşəbbüsü ilə bu il Azərbaycanda Turizmin İli elan edilib. Ölkənin turizm sektoru üçün əlamətdar olan bu hadisə, heç şübhəsiz ki, tarixə parlaq dəyişikliklər mərhələsi kimi daxil olacaq. Ölkədə turizminin inkişafı üçün fəal işlər aparılır. İlin sonuna kimi paytaxtda 6 ədəd beşulduzlu otel açılacaq, ümumilikdə isə 500 mehmanxana vardır. İl boyu turizm kompleksi kimi fəaliyyət göstərəcək Şahdağ layihəsinin inşası ən iri layihələrdən biridir. Mən Azərbaycanda bu turizm bayramı münasibəti ilə hamını təbrik edir və sizə məhsuldar görüşlər və yaxşı istirahət arzulayıram".

Cənab Stroon isə öz çıxışında bunları qeyd etdi: "Mən AITF sərgisində iştirak etməyimə çox şadam. Bizim şirkət bütün dünya üzrə 10-dan çox turizm sərgisi keçirir, lakin AITF sərgisi mənim üçün xüsusilə əlamətdardır, çünki burada beynəlxalq şirkətlər ilə yanaşı, daxili turizm də fəal şəkildə təqdim edilir. Bu isə öz növbəsində sərgini daha da parlaq edir və Azərbaycan haqqında daha dolğun təəssürat yaradır. Mən bu gün sərginin ziyarətçisi qismində səbirsizliklə gözləyirəm ki, ölkənizin gözəl guşələri ilə tanış olum. Mən AITF sərgisinin, habelə daxili turizm sərgisinin təşkilinə fəal şəkildə dəstək verdiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz səmimi minnətdarlığımı bildirirəm."

"AITF" sərgisi ilk dəfə 2002-ci ildə keçirilmiş və 5 ölkədən 26 şirkəti qəbul etmişdir. Bu gün isə "AITF 2011" sərgisi bütövlükdə 61 turizm istiqamətini təqdim etməklə yanaşı, 24 ölkədən 230 şirkəti qəbul edir. Bu fakt sərginin inkişafının müsbət dinamikasını, həmçinin ölkənin turizm sektorundakı rolunu əyani şəkildə nümayiş etdirir. Bu illər ərzində "AITF" sərgisi təxminən 900-ə qədər şirkəti qəbul edib.

Yubiley “AITF 2011” sərgisi ötən il ilə müqayisədə ekspozisiya sahəsini 25% genişləndirmişdir. Ziyarətçilərin diqqətinə öz milli koloriti, əyləncəli proqramları və əlbəttə ki, sərfəli və unudulmaz səyahət proqramları ilə hər bir kəsi cəlb edəcək parlaq stendlər təqdim olunur. Sərgi, müxtəlif marşrutlar təqdim etməklə, öz qonaqlarını turizmin müxtəlif istiqamətləri ilə tanış edir. Belə ki, Seyşel, Mavriki və Maldiv adaları öz "Luxury Tourism" (“Lüks Turizm”) proqramlarını təqdim edirlər. Sanatoriyalar və spa kurortları tərəfindən təqdim edilən müalicə turizmi ilə Azərbaycan, Rusiya, Ukrayna və Çexiyanın stendlərində tanış olmaq mümkündür. Azərbaycan üçün ilk dəfə olaraq, sərgi Laos, Kamboca, Macarıstan, Vyetnam, Mayanmar və Meksika kimi ölkələrə yeni istiqamətlər açır. Hələ ötən sərgidə bu il üçün öz iştiraklarını bəyan etmiş çoxlu sayda milli stend "AITF" sərgisini daha parlaq və fərqli edirlər. Beləliklə, sərgidə Yunanıstan, Gürcüstan, Dağıstan, Misir, Hindistan, Mavriki, Litva, Türkiyə və Çexiyanın milli stendləri təqdim olunur. Artıq ardıcıl olaraq ikinci ildir ki, Türkiyə "AITF" sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. Türkiyənin turizm potensialı, koloriti və unikal təklifi onun milli stendində təqdim olunur. Sərginin sponsorları arasında “Gartour” və “Silk Way Travel” turizm şirkətlərinin adları var. Uzun illər boyu “Silk Way Travel” şirkəti ən böyük sərgi meydançalarından birini tutur. Bu il isə sözügedən şirkət öz stendini böyütmək, eləcə də sərginin sponsorlarından biri kimi çıxış etmək qərarına gəlib. "AZAL" şirkəti "AITF" sərgisinin rəsmi aviadaşıyıcı qismində çıxış edir. Sərgi tərəfdaşları arasında “Azefon-Vodafone” və “Caspel” şirkətləridir.

Bu il də həmçinin "AITF" sərgisi ilə birgə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda təşkil edilən 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi də keçirilir. Sərginin ekspozisiyası 18 regiondan təxminən 100 şirkəti təqdim edir və Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini nümayiş etdirməklə yanaşı, həmçinin “AITF 2011” sərgisinin qonaqlarını və iştirakçılarını bir sərgi meydançası daxilində Azərbaycan xalqının rəngarəng və zəngin folkloru, mətbəxi və ənənələri ilə tanış edir.

Sərginin təşkilatçıları ("ITE Group plc" və "Iteca Caspian" şirkətləri) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə sərginin yubileyi üçün xüsusi proqramı hazırlayıb. İlk dəfə olaraq, turizm istiqamətlərinin kataloqu dərc olunub ki, bu da istirahət üçün yer seçmək arzusunda olanlar üçün turizm istiqamətləri və marşrutları üzrə əvəzolunmaz məlumat kitabçasına çevriləcəkdir. Bu kataloq özündə istirahət proqramlarının təklif edildiyi ölkələrin təsvirini də əks etdirir. Burada həmçinin səyahət turlarını təşkil edən şirkətlər haqqında ətraflı məlumat var. Bayram abu-havası yaratmaq üçün şəhərdə əhalini sərgiyə dəvət edən xüsusi faytonlar təşkil olunub. Həmçinin, sərgi ərazisində bir sıra əyləncə proqramları da təşkil olunub. Burada da kulinariya şouları, dünya xalqlarının rəqsləri, eləcə də təsviri incəsənət və dulusçuluq işləri nümayiş etdirilir. Əyləncə proqramına sərgidə turların oynanılması da əlavə olunub.

"Bütün dünya. Bir sərgi" – bu, "AITF" sərgisinin öz təyinatını tam doğruldan yeni şüarı olacaq. Çünki istirahət etməyi arzu edən hər bir kəs yalnız sərgidə əlverişli turlar haqqında informasiya almaqla yanaşı, həm də "virtual səyahətə" qatılmaq, təqdim edilən ölkələrin milli koloritini və mədəniyyətini hiss etmək və beləliklə də, istirahət üçün istiqamət və marşrut seçiminə dair qərarını formalaşdırmaq imkanı əldə edir.

 





BİZƏ QOŞULUN!
Baş xəbərlər
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
SPONSORLAR
AZAL

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
OFFICIAL AIRLINES
VALYUTA MƏZƏNNƏSİ
  18/11/2019 19/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



AITF is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek