Sənaye xəbərləri10.11.2011 18:52 Cari ilin yanvar-oktyabr aylarında Qəbələyə 35 min turist səfər etmişdir
Qəbələ, 8 noyabr (AzərTAc). Cari ilin yanvar-oktyabr aylarında Qəbələyə 35 min yerli və xarici turist səfər etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 min 600 nəfər çoxdur. Rayonun mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda rayonda 100-dək turizm-istirahət obyekti fəaliyyət göstərir. Ötən altı ildə Qəbələdə müasir turizm obyektlərinin sayı beş dəfə artaraq 19-a çatmışdır. Ötən iki ildə rayonda “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport” hotelləri, “Qabaland” İstirahət və Əyləncə Kompleksi, “Atçılıq” İdman Mərkəzi inşa edilmişdir. Rayonun mehmanxanalarında eyni vaxtda 1223 turistə hotel və restoran xidmətlərinin göstərilməsi mümkündür. Xatırladaq ki, 2008-ci ildə Qəbələyə 14 min 630, 2009-cu ildə 29 min 480, 2010-cu ildə 31 min 400 turist gəlmişdi.
bütün xəbərlər
|
|
|
 |
 |
|
12/04/2021 |
13/04/2021 |
|
USD |
1.7
|
1.7
|
|
EUR |
1.8968
|
1.8931
|
|
GBP |
2.1937
|
2.1934
|
|
RUR |
0.0264
|
0.0263
|
|
|