Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

AITF 2014 Daily News

AITF 2014: Xəzər regionunun turizm sahəsi üzrə əsas tədbiri

Bakı Ekspo Mərkəzində Azərbaycanın və bütün Qafqaz regionunun turizm sənayesi üzrə ən böyük ixtisaslaşdırılmış tədbir - 13-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF 2014") sərgisi start götürdü. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group plc" şirkətləri çıxış edirlər.

Dövlət başçısının məqsədyönlü siyasəti ölkəyə dünyanın aparıcı investisiya şirkətlərinin cəlb edilməsi, sahibkarlığın inkişafı və turizm biznesi, eləcə də yüksək keyfiyyətli turizm obyektlərinin inşası ilə məşğul olan özəl sektora dəstək göstərilməsi üzrə dövlət proqramlarının uğurla həyata keçirilməsinə şərait yaratmışdır. Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə söhbət açaraq qeyd etdi ki, Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci İclasının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunu və "AITF 2014" sərgisinin faydasını vurğulayır. Sərginin nüfuzlu statusu onun artımı ilə əlaqədardır və bu gün "AITF 2014" sərgisində dünyanın 38 ölkəsindən 351 şirkət və təşkilatlar iştirak edirlər. Bu, bütün Xəzər regionunun turizm sənayesi üzrə ən mötəbər və nüfuzlu tədbirdir.

Sərginin açılış mərasimində çıxış edən Ümumdünya Turizm Təşkilatının Baş katibi cənab Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevlə görüşün əhəmiyyətini vurğuladı və bu görüşdə respublikada turizmin inkişafı ilə bağlı məsələlər və iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqamətləri müzakirə edildi. Cənab T. Rifai ölkəmizdə elektron vizanın tətbiqinin uğurlu nəticələrini vurğulayaraq turizm nöqteyi-nəzərindən Azərbaycanın cəlbedici imici barədə danışdı. O, həmçinin qeyd etdi ki, bu imic gələcək layihələr (Avropa Olimpiya Oyunları, İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası və digər beynəlxalq tədbirlər) sayəsində daha da artacaqdır.

"ITE Group (UK)" şirkətinin icraçı direktoru cənab Edvard Stroon qeyd etdi ki, Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının məlumatlarına əsasən, 2013-cü ildə turizm sərgisində peşəkar ziyarətçilərin ən yüksək göstəricisi (79%) qeydə alınıb. "- Biz bu il də ən azı həmin nəticəni gözləyirik", deyə təcrübəli britaniyalı eksperti qeyd etdi.

"AITF 2014" sərgisi Azərbaycanda yaz sərgi mövsümünün parlaq başlanğıcına çevrildi və müxtəlif turizm təklifləri ilə sərgi ziyarətçilərini sevindirir. Burada səmərəli iş üçün yaxşı təchiz edilmiş stendlər var və bu stendlərin sahibləri sərginin açılışını milli rəqslər, orijinal təqdimatlar, milli mətbəxin kütləvi dequstasiyası ilə qeyd etdilər, yəni ziyarətçilərlə görüş zamanı onlara olduqca xeyirxah və mehriban münasibət göstərdilər. Bu il sərgi eksponentlərin tərkibinə görə özünün rekord göstəriciləri ilə fərqlənir. Ümumilikdə, "AITF 2014" sərgisində turopertorlar və turizm agentlikləri, lüks-turizm, otellər, macəralı və elit istirahət, işgüzar səfərlərin təşkili, habelə idman, ekoloji və maarifləndirici turizm və s. nümayiş etdirilir. Hər bir ziyarətçi - istər turizm sənayesi üzrə mütəxəssis, istərsə də sahibkar bu sərgidə işgüzar danışıqların aparılması, habelə turizm biznesi üzrə həmkarlarının yeniliklərini qiymətləndirmək üçün gözəl fürsət əldə edirlər. Təşkilatçılar Şənbə gününü sərginin sonuncu iş günü kimi proqrama daxil ediblər və bu, eksponentlərə son istifadəçilərlə ünsiyyət üçün əlavə vaxt verəcək.

Sərgidə maraqlı turizm istiqamətlərinin elan edilməsi və bazar yeniliklərinin təqdimatı uğurla bir araya gətirilir, turizm xidmətlərini geniş çeşidinə isə milli qruplar, beynəlxalq nümayəndəliklər, quru, hava və dənizlə daşıma şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesinin nümayəndələri, turizm və ticarət assosiasiyaları daxildir. Sərgidə "Xarici ölkələrdə daşınmaz əmlak" və "Tibbi turizm" sektorlarına böyük maraq göstərildi. Bu yeni istiqamətlər Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan və Kiprin özəl və dövlət klinikaları, habelə diaqnostik mərkəzləri tərəfindən təqdim olunur.

Sərginin ən maraqlı və koloritli tədbirlərindən biri Azərbaycan regionlarının irimiqyaslı iştirakıdır. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, çayda qayıqla üzmə, dağ-xizək və dəniz kurortları və digər istiqamətlər nümayiş etdirilir. Regional ekspozisiyada Azərbaycanın 22 regionu, eləcə də bütün dünya üzrə mehmanxana şəbəkəsinə daxil olan 60-a yaxın otel iştirak edir.

Əsası qoyulandan bəri "AITF" sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi, Ümumdünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (ITTFA), Azərbaycanda İxracın və İnvestisiyalarının Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının himayədarlığı ilə həyata keçirilir.

Sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına malikdir.



BİZƏ QOŞULUN!
QEYDİYYAT SPONSORU
Bulgaria
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek