Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sərgi xəbərləri

15.12.2011 15:41

Xəzəryanı regionun ən böyük turizm sərgisi - AITF 2012

Xəzəryanı regionun ən böyük turizm sərgisi - Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (“AITF”) sərgisi MDB ölkələri arasında beş aparıcı sərgidən biridir. Keçirildiyi illər ərzində “AITF” sərgisi müqavilələrin bağlanmasına, habelə yeni istiqamətlərin və sərfəli qiymət təkliflərinin elan edilməsinə şərait yaradan mühüm beynəlxalq peşəkar forum statusunu qazanmışdır. Ən əsası isə “AİTF” sərgisi regionda turizm sənayesi ilə əlaqədar olan və Azərbaycanın turizm bazarının potensialını tam şəkildə nümayiş etdirən yeganə və ən mühüm hadisədir.

Təsis edildiyi gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən bu sərgi Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən də dəstəklənir.

Aprel ayının ortalarında “Baku Ekspo” mərkəzində keçiriləcək “AITF-2012” sərgisində 60-dan çox istirahət marşrutunu, o cümlədən Seyşel, Mavrikiy və Maldiv adaları, Tailand, Rusiya, Ukrayna, Çexiya və digər marşrutları təklif edəcək 200-dən çox şirkət, turoperator və təşkilatın iştirakı gözlənilir. Artıq üçüncü ildir ki, Türkiyə Respublikası ardıcıl olaraq “AİTF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir və bu sərgidə öz kollektiv stendi ilə iştirak edəcəkdir. Bundan əlavə, sərgidə Dubay əmirliyinin milli stendinin iştirakı da gözlənilir. Ənənəvi olaraq, Azərbaycan Respublikasının regional turizmi geniş şəkildə nümayiş etdiriləcək.

AITF-2012” sərgisində yeni “Ov və balıq tutma” mövzusunun təqdimatı ilə yanaşı, “Luxury Tourism” (Lüks Turizm) sektoru da öz layiqli davamını tapacaqdır.

Sərginin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group PLC” şirkəti və onun Qafqaz üzrə tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek