Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





İştirakçı xəbərləri

03.04.2012 10:15

Dünyada ən yüksək sürətlə böyüyən hava yolları şirkətlərindən birinin yüksəliş hekayəsi

QƏTƏR HAVA YOLLARININ TARİXÇƏSİ

 

2011-ci ilin hava yolları şirkəti

(Skytrax Dünya Hava Yolları Sənayesinin tədqiqatı nəticəsində)

 

Giriş hissəsi

 

Qətər Hava Yolları Qətər Dövlətinin milli hava yolları şirkəti və aviasiya sənayesinin böyük uğur hekayələrindən biridir. O, 1994-cü ildə fəaliyyətə başladı və o vaxtlar az sayda marşrutlar üzrə xidmət göstərən kiçik regional daşıma şirkəti idi. Bu hava yolları şirkəti ölkə rəhbəri Əmir, Zati-aliləri Şeyx Hamad bin Xalifa Al Taninin himayəsi altında yenidən doğuldu və Şeyx Qətər Hava Yollarının ən yüksək xidmət və təkmilləşmə standartlarına uyğun olaraq aparıcı beynəlxalq hava yolları şirkətinə çevrilməsi konsepsiyasını irəli sürdü.

 

O vaxtdan bəri Qətər Hava Yolları dünyada tayı-bərabəri olmayan və aviasiya sənayesi üzrə həmkarların yalnız paxıllıqla heyran qala biləcəyi orta hesabla iki rəqəmli illik artıma nail olmaqla dünyanın ən yüksək sürətlə böyüyən nəqliyyat şirkətlərindən birinə çevrilmişdir.

 

50 faizi dövlətə, digər 50 faizi isə özəl sektora məxsus olan bu hava yolları şirkəti 1996-cı ildə Baş icraçı direktor (BİD) təyin edilmiş və Qətər hava Yollarını mükafat qazanan və dünyanın ən yaxşı nəqliyyat şirkətinə çevrilməsinə kömək edən BİD Əkbər Əl Bakirin rəhbərliyi altında inkişaf etmişdir.

 

Əl Bakirin rəhbərliyi altında Qətər Hava Yolları yetkinləşmiş və region və dünya aviasiyasının aparıcı qüvvəsinə çevrilmiş, öz mükəmməl xidmət tandartlarına görə bütün dünyada çoxlu ərəstişkar qazanmışdır.

 

2011-ci ilin aprelində Qətər Hava Yolları əlamətdar göstəriciyə nail olmaqla öz dünya marşrutlar xəritəsinə 100-cü təyinat məntəqəsini əlavə etmişdir. İki ay bundan əvvəl hava yolları şirkəti yenidən qurulmasından cəmi 14 il keçdikdən sonra dünyanın 18 milyondan çox səyyahının səsini qazanaraq illik Skytrax Dünya Hava Yolları Mükafatları çərçivəsində 2011-ci ilin hava Yolları Şirkəti elan edilməklə əlamətdar nailiyyət əldə etmişdir. 2011-ci ilin oktyabrında Qətər Hava Yolları özünün sifariş etdiyi 100-cü təyyarəni qəbul etməklə daha bir əhəmiyyətli nailiyyət əldə etmişdir.

 

2011-ci ilin noyabrımnda Dubay Aviasiya Sərgisi əsnasında Qətər Hava Yolları Airbus şirkətinin istehsal etdiyi 80 ədəd yeni A320 Neos markalı təyyarədən, habelə səkkiz ədəd A380 markalı əla keyfiyyətli aerobusdan və iki ədəd Boeing 777 markalı yük təyyarəsindən ibarət 90 təyyarəyə dair sifarişlər (qəti və qeyd-şərtli) vermişdir.

 

Hazırda mükafat qazanan bu hava yolları şirkəti 50 milyard ABŞ dollarından artıq dəyərdə 250-dən çox təyyarəyə dair sifarişlər vermişdir.

 

 

Dünya şəbəkəsi və genişlənmə

 

Ölkənin paytaxtı Dohada fəaliyyət göstərməklə Qətər Hava Yolları qovşağı 100-dən çox təyinat məntəqəsindən ibarət olan və Avropa, Yaxın Şərq, Afrika, Cənubi Asiya, Asiya-Sakit Okean, Şimali Amerika və Cənubi Amerikanı əhatə edən və 100-dən çox sərnişin və yük təyyarəsindən ibarət nəqliyyat parkına malik olan dünya miqyaslı şəbəkə yaratmışdır.

 

2009-cu ilin martında Qətər Hava Yolları Dohadan ABŞ-da üçüncü təyinat məntəqəsi olan Hyustona gündəlik reys uçuşlarına başlamaqla və təxminən 16 saat vaxtı uçuşda keçirməklə öz dünya şəbəkəsində ən uzun reys üzrə uçuşlar yerinə yetirməyə başlamış və bu reys dünyanın ən uzun fasiləsiz uçuşlarından birinə çevrilmişdir.

 

2010-cu ildə Qətər Hava Yolları 10 yeni təyinat məntəqəsinə, o cümlədən Benqaluru (Banqalor), Tokiyo, Ankara, Kopenhagen, Barselona, San Paolo, Buenos Ayres, Phuket, Hanoy və Nitsaya uçuşlar etməyə başlamışdır.

2011-ci ilin yanvar-may ayları rasında Qətər Hava Yolları beş yeni marşrut üzrə uçuşlar başladaraq, Buxaresti, Budapeşti, Brüsseli, Ştutqartı və Hələbi öz əhatə dairəsinə salmış və sonuncu təyinat məntəqəsinə reys 6 apreldə başlanmaqla Qətər Hava Yollarının əlamətdar 100-cü təyinat məntəqəsinə çevrilmişdir.

 

İyunda bu nəqliyyat şirkəti öz şəbəkəsini daha da genişləndirməklə Dohadan İranda üçüncü təyinat məntəqəsi olan Şiraza (5 iyun) həftədə iki uçuş; üçüncü İtalyan məntəqəsi olan Venesiyaya gündəlik uçuşlar (15 iyun); habelə Kanadada ilk məntəqəsi olan Moneala uçuşlar (29 iyun) daxil olmaqla üç yeni marşrut üzrə çuşlar yerinə yetirməyə başlamışdır.

 

2011-ci ilin ikinci yarısında Qətər Hava Yolları Səudiyyə Ərəbistanında öz fəaliyyətini genişləndirərək orada dördüncü məntəqəsi olan müqəddəs Mədinə şəhərinə həftədə dörd dəfə (14 iyul); Kolkataya (Kəlküttə) gündə bir dəfə (27 iyul); habelə 14 sentyabrıdan başlayaraq Bolqarıstanın paytaxtı Sofiyaya uçuşlar yerinə yetirməyə başlamışdır.

 

Norveçin paytaxtı Oslo şəhərinə uçuşlar oktyabrın 5-də; Liviyanın Benqazi şəhərinə noyabrın 1-də; Uqandanın  Entebbe şəhərinə noyabrın 2-də; bu nəqliyyat şirkətinin Çində beşinci giriş rayonu olan Çonqkinq şəhərinə uçuş xidmətləri isə noyabrın 28-də başlanmışdır.

 

Qətər Hava Yolları artıq 2012-ci il üzrə genişlənmə planlarını elan etmişdir və onlar doqquz təyinat məntəqəsinə uçuşların başlanmasını əhatə edir – Bakı (Azərbaycan), Tbilisi (Gürcüstan), Helsinki (Finlandiya), Zaqreb (Xorvatiya), Pert (Avstraliya), Kiqali (Ruanda), Mombasa (Keniya), Zanzibar (Tanzaniya) və Qassim (Səudiyyə Ərəbistanı).

Təzə təyyarə parkı

 

1997-ci ildə cəmi dörd təyyarı ilə fəaliyyətə başlayan bu hava yolları şirkəti öz parkının həcmini böyüdərək 2003-cü ilin sonuna qədər 28 təyyarəyə, 2006-cı ilin oktyabrında isə əlamətdar göstərici olan 50  təyyarəyə çatdırdı. Bu gün hava yolları şirkəti 100-dən çox hava gəmisini istismar edir. 2013-cü ilədək təyyarə parkının həcmi 120-dən çox təyyarəyə qədər artacaq.

 

Qətər Hava Yolları aviasiya sənayesinin ən təzə parklarından birinə malikdir və orta hesabla onun hava gəmilərinin istismar müddəti dörd ildən azdır. Qətər Hava Yollarının təyyarələr ailəsi bir neçə müxtəlif Airbus və Boeing markalı təyyarə modellərindən,  cümlədən uzaq səfərlər üçün Boeing 777 sərnişin və yük təyyarələri, Airbus A340, A330, A300, A300F markalı yük təyyarələri və A321, A320 and A319 markalı təyyarələrdən ibarətdir. Sonuncu A319 markalı təyyarələrin arasında həm də korporativ reaktiv təyyarə modeli var.

 

Şirkət həm də özünün 2009-cu ildə fəaliyyətə başlayan və dövlət məmurlarına xidmət göstərən Qətər Dövlət Rəhbərləri adlı törəmə şirkəti vasitəsilə korporativ reaktiv təyyarələr, o cümlədən Challenger 605s qırıcısı, Global 5000s qırıcısı və Global Express XRS markalı təyyarə istismar edir.

 

Qətər Hava Yolları hazırda növbəti bir neçə il ərzində təchiz ediləcək, 50 milyard ABŞ dollarından çox dəyərə malik 250-dən çox yeni hava gəmisinə malikdir. Bura Airbus şirkətinin yeni nəsil A350s, A320 Neos, A380s və Boeing 787s modelli təyyarələrinə dair sifariş də daxildir.

Qətər Hava Yolları şirkəti iki mərtəbəli və əla keyfiyyətli Airbus A380-800 aerobusunun – dünyanın lüks şəraitdə 555 sərnişin daşımağa qadir olan ən böyük hava gəmisinin ilk sifarişçilərindən biridir. Qətər Hava Yolları təchizat qrafiki 2012-ci ildə başlanmaq şərtilə 13 ədəd A380s təyyarəsi sifariş etmişdir.

Əla keyfiyyətli terminal

 

Bu hava yolları şirkətinin yenilikçi olmaq fəlsəfəsinə uyğun olaraq, şirkət Doha Beynəlxalq Aeroportunda dünyanın yeganə xüsusi ödənişli sərnişin terminalını özünün birinci sinif və biznes sinfi sərnişinləri üçün istismar edir.

 

Cəmi doqquz aya inşa edilən 90 milyon ABŞ dolları dəyərində birinci dərəcəli terminal 2006-cı ilin noyabrında açıldı. Onun tərkibində birinci sinif və biznes sinfi sərnişinləri üçün oturq vəziyyətdə qeydiyyatdan keçmə masası, spa, cakuzi, rüsumsuz dükan, biznes mərkəzi, elit restoranlar, soyuq qəlyanaltı bufeti və kokteyl barı kimi tikili və qurğular var.

 

Yenilikçi birinci dərəcəli terminal obyektləri Qətər Hava Yollarının ən sadiq müştərilərini öz reys təyyarələrinə minməzdən əvvəl ən yüksək səviyyəli rahatlıq və qonaqpərvərliklə təmin etmək üçün nəzərdə tutulur. Fasiləsiz surətdə, gündə 24 saat və həftədə yeddi gün açıq olan bu əlahiddə obyekt avisiya sənayesinin birinci sinifli səyahət təəssüratının etalonu hesab olunur.

 

Qətər Hava Yolları sürətlə genişləndiyinə görə Birinci dərəcəli terminal 2009-cu ildə genişləndirildi ki, 80 faizdən çox əlavə oturacaq sahəsini özündə sığdıra bilsin.

 

Dünya miqyaslı nailiyyətlər

 

Qətər Hava Yolları illik Skytrax Dünya Hava Yolları Mükafatları çərçivəsində 2011-ci ilin Hava Yolu Şirkəti adlandırılmış olmaqdan qürur duyur. Dünya üzrə 18 milyondan çox səyyah dünya hava yolları sənayesinin aparıcı audit şirkəti tərəfindən keçirilən bu sorğuda səs vermişdir.

 

Keçən il Skytrax tərəfindən dünyanın üçüncü ən yaxşı hava yolu şirkəti kimi yüksək ada layiq görülmüş olduğu halda, 2011-ci ilin iyununda Qətər Hava Yollarını İlin Hava Yolları Şirkəti kimi qiymətləndirilməsi və elan edilməsi bu hava yolları şirkətinin işçi heyətinin onun Baş icraçı direktoru Əkbər Əl Bakirin rəhbərliyi altında nümayiş etdirdiyi əsl əmkarlığın və gərgin əməyin zirvə nöqtəsi idi.

 

Artıq Skytrax tərəfindən xidmət mükəmməliyinə görə qiymətləndirilmiş olduğu halda, müstəqil aviasiya sənayesinin monitorinqi agentliyi altı il dalbadal Qətər Hava Yollarının Yaxın Şərqdə ən yaxşı hava yolları şirkəti olduğunu və onun Doha qovşağındakı Birinci dərəcəli terminalın agörə Ən yaxşı birinci sinif gözləmə zalına – yalnız Qətər Hava Yollarının Birinci sinif və Biznes sinfi sərnişinləri tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulan obyektə malik olduğunu təsdiq etmişdir.

 

 

Təhlükəsizlik

 

Qətə Hava Yolları 2003-cü ildə Beynəlxalq hava nəqliyyatı assosiasiyasının (BHNA) İstismar təhlükəsizliyi auditindən maksimal 100 faiz uyğunluqla keçmiş, dünya üzrə ilk hava yolları şirkətidir və o, 2005, 2007, 2009-cu illərdə və 2011-ci ilin iyununda iki illik yeniləmə dövrləri ərzində həmin testdən təkrarən kemişdir.

 

Bu audit hava yolunun birgə istismarı məqsədilə ayrı-ayrı hava yolları şirkətləri tərəfindən yerinə yetirilən əmək təhlükəsizliyi və ümumi təhlükəsizlik prosedurlarının sayını standartlaşdırmaq və rasionallaşdırmaq üçün təyin edilmişdir. Qətər Hava Yolları uçuş və yerüstü əməliyyatlar, aviasiya texnikası, texniki xidmət, istismar təhlükəsizliyi, kabina əməliyyatları və idarəetmə sistemləri üzrə qiymətləndirilmişdir.

 

Yeni Doha Beynəlxalq Hava Limanı

 

Bu hava yolları şirkətinin artıq strategiyasına uyğunlaşmaq üçün Qətər Hava Yollarının istismar qovşağı olan Doha beynəlxalq aeroportunda infrastruktur təkmilləşmələrinə 1 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur. Bura yeni tranzit terminalı, Qətər Hava Yollarının Birinci sinif və Biznes sinfi sərnişinləri üçün mövcud birinci sinif terminalının genişləndirilməsi, yenicə gəlib çatan sərnişinlər üçün terminal, xarici hava yolları şirkətləri üçün yeni terminal və hava gəmisi dayanacağı üçün əlavə geniş sahələr daxildir.

 

Mövcud aeroportdan dörd kilometr aralıda yerləşən Yeni Doha Beynəlxalq Aerportunun 2012-ci ilədək açılacağı nəzərdə tutulmuşdur və onun dəyəri 14,5 milyard ABŞ dolları, ilkin illik tuutmu isə 28 milyon sərnişindir. İnşaat işi 2005-ci ilin yanvarında başlanmışdır. 2015-ci ildən sonra tam istismara verildikdən sonra bu areportun ildə 50 milyon sərnişinə xidmət göstərəcəyi nəzərdə tutulmuşdur. Layihənin əsas cəhətlərindən biri ondan ibarətdir ki, bu obyektin 60 faizi Ərəb Körfəzinin bir hissəsini qurutmaqla əldə edilən torpaq sahəsi üzərində inşa edilmişdir.

 

Qətər Hava Yolları Dohanı əsas region və dünya miqyaslı aviasiya qovşağına çevirməyə kömək etmək üçün nəzərdə tutulan yeni aeroportu idarə edəcək.

 

Sərnişin axını

 

2003/2004-cü maliyyə ili ərzində Qətər Hava Yolları 3,3 milyon sərnişin, yəni undan əvvəlki 12 aylıq dövrlə müqayisədə 35% artıq sərnişin daşımışdır. 2004/2005-ci maliyyə ilində sərnişin sayı qəfildən 4,6 milyona qədər artmışdır, 12 aylıq 2005/06-cı il maliyyə dövrü üzrə isə bu göstərici 6 milyona çatmışdır. 2006/07-ci maliyyə ilində bu götərici 8 milyon sərnişin həddini keçmiş,  2007/08-ci il maliyyə dövrü üzrə isə təxminən 10 milyon sərnişin hədəfinə nail olmuşdur.

 

Bu hava yolları şirkəti 2008/09-cu maliyyə ilində 12 milyondan çox sərnişin daşımışdır. Keçən mart ayında başa çatan 2009/10-cu maliyyə ilində bu hava yolları şirkəti 14 milyondan çox sərnişin daşımışdır. 2010/11-ci maliyyə ilində bu hava yolları şirkəti bütün dünya üzrə 16 milyondan çox sərnişin daşımışdır.

 

Korporativ sosial məsuliyyət

 

Aviasiya sənayesinin lideri kimi Qətər Hava Yolları və onun məxsus olduğu şirkətlər qrupu ekoloji sabitlik və korporativ sosial məsuliyyət islahatı sahəsində də liderlik etməyə can atır. BU hava yolları şirkəti yeni nəsil yanacaq tədqiqatı sahəsinin liderlərindən biridir və xidmət göstərdiyimiz icmalara öz töhfəsini verir.

 

Qətər Hava Yolları aviasiya sənayesinin yanacaq və ekoloji idarəetmə üzrə ən yaxşı hazırkı təcrübələrini aşıb keçir və bu hava yolları şirkətinin özü, onun heyəti və ətraf subyektləri üçün sabit gələcək təmin etmək məqsədilə ciddi səy göstərir.

 

Bu hava yolları şirkəti islahatın idarə olunması, ünsiyyət, ekologiya, birləşdirilmiş yanacaq idarəetməsi və sabit inkişafı əhatə edən yenilikçi səciyyəli “Beş bünövrəli korporativ sosial məsuliyyət strategiyasını” tətbiq edir.

 

Qətər Hava Yollarının “Beş bünövrə” strategiyası hava yolları şirkətinin dünya iqlim dəyişikliyinə, səs-küyə, yerli havanın keyfiyyətinə, bərpa edilə bilməyən sərvətlərə və tullantılara göstərdiyi təsiri azaltmaq üçün nəzərdə tutulur.

 

 

Əlavə məlumat əldə etmək üçün ünvan:

Qətər Hava Yollarının Korporativ əlaqələr qrupu

Tel.: +974 – 44302072, Faks: +974 – 44302069

E-poçt: qrmedia@qatarairways.com.qa

Vebsayt: www.qatarairways.com

 

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek