Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

11.06.2011 05:31

Türkiyənin Nevşehir Universitetinin rektoru Azərbaycan Turizm İnstitutunda olmuşdur

Bakı, 10 iyun (AzərTAc). İyunun 10-da Türkiyənin Nevşehir Universitetinin rektoru, professor Filiz Kılıç Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycanda turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyətindən danışmışdır.
F.Kılıç universitetlər arasındakı əməkdaşlıq perspektivlərindən danışmışdır. Xüsusilə Nevşehir Turizm İdarəçiliyi və Otelçilik Kolleci ilə də əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırmışdır. O, eyni zamanda, ATİ ilə tələbə-müəllim mübadiləsində maraqlı olduqlarını bildirmişdir.
Diplomat Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Nevşehir Universitetində 6 mindən çox tələbənin təhsil aldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu təhsil müəssisəsinə 4 fakültə, 1 kollec, 3 peşə məktəbi, 2 institut, 1 elmi-tədqiqat mərkəzi daxildir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek