Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

11.06.2011 05:31

Yaponiyanın ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur

Bakı, 11 iyun (AzərTAc). İyunun 10-da Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe və səfirliyin ikinci katibi Qinqa Kobayaşi Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AzərTAc-a bildirmişlər ki, görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının beşillik fəaliyyəti, beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə tələbə-müəllim mübadiləsi sahəsində əməkdaşlığın uğurlu nəticələri barədə məlumat vermişdir.
Şusuke Vatanabe Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin yaranma tarixindən danışmış, müstəqillik dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulamışdır.
Diplomat, eyni zamanda, Yaponiyanın güzəştli kredit (yeni kreditlər), ümumi qrantlar, texniki əməkdaşlıq, “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı kimi proqramlarının əhəmiyyətindən danışmışdır. O, Yaponiya mədəniyyətinin Azərbaycanda təbliği, yapon dilinin tədrisi və tələbə mübadiləsinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacağını qeyd etmişdir.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek