Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

10.11.2011 18:52

Bu il Qax rayonuna gələn turistlərin sayı 10 min nəfəri ötmüşdür

08.11.2011 [15:16]
Qax, 8 noyabr (AzərTAc). Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, habelə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması Qax rayonunda bu sahənin inkişafını daha da sürətləndirmiş, rayonun turizm potensialının genişləndirilməsi üçün yeni imkanlar açmışdır. Təsadüfi deyildir ki, bu ilin ötən 9 ayı ərzində rayona gələn turistlərin sayı 10 min nəfərə çatmışdır. İki il əvvəl isə bu göstərici il ərzində 4 min nəfər təşkil etmişdir.
Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda rayonun dağlıq ərazilərindəki mövcud turizm obyektlərində əlavə tikinti işləri aparılır, eyni zamanda yeni turizm obyektlərinin yaradılması istiqamətində iş davam etdirilir. Qaxbaş kəndi ərazisində “El Resort” turizm obyektinin tikintisi artıq başa çatdırılmışdır və kompleks tezliklə istifadəyə veriləcəkdir. Bundan əlavə, cari ildə İlisu kəndindəki “Ulu dağ” istirahət kompleksində 2 yeni kottec tikilmiş, “Səngər qala” istirahət kompleksində 4 mərtəbəli mehmanxana binasının tikintisi davam etdirilmiş, Ağçay kəndi ərazisində tikintisi yarımçıq qalmış üç mərtəbəli hotel binasında işlərə yenidən başlanılmışdır. Bu obyektlərin istifadəyə verilməsi rayona gələn turistlərin sayının daha da artmasına imkan verəcəkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek