Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

18.11.2011 15:05

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul etmişdir

Bakı, 15 noyabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etmişdir.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizdə turizm sektorunun inkişafına yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının Koreyada keçirilən iclasında Azərbaycanın Avropa regionu üzrə təşkilatın vitse-prezidenti seçilməsinin önəmini qeyd etdi. Taleb Rifai Azərbaycanın Dünya Turizm Təşkilatının “Qızıl kitab” hərəkatına qoşulması barədə təşkilatın dəvət məktubunu dövlətimizin başçısına təqdim etdi.
Ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan olunduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olduğunu qeyd etdi. Dövlətimizin başçısı gözəl təbiətə və müxtəlif iqlim qurşağına malik olan ölkəmizdə ən müasir və cəlbedici turizm infrastrukturunun yaradılması üçün səylərin
daha da artırılacağını dedi.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek