Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

04.08.2011 15:06

“Azərbaycan Hava Yollari”, bank SilkWay və VISA yeni “AZAL – SWBANK – VISA” birgə kartı buraxır

Birgə ödəniş kartı özündə bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısı imtiyazlarını birləşdirir. İndi “Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərinə pulsuz bilet əldə etmək üçün milləri toplamaq əhəmiyyətli dərəcədə sadələşmişdir.

Gündəlik alış-veriş və xidmətlərin haqqını eksklüziv kart vasitəsilə ödəyin və pulsuz uçuşa yollanın. Birgə kartdan hər istifadə zamanı onun sahibinin hesabına əlavə millər hesablanır. Millər dünyanın istənilən valyutasında hesablaşarkən toplanır.

Bununla yanaşı, hər bir müştəri Visa Classic birgə kartını rəsmiləşdirərkən avtomatik olaraq 2 hədiyyə mil əldə edir, Visa Gold birgə kartını rəsmiləşdirərkən isə həmin kartla ilk ödəniş zamanı 4 hədiyyə mil qazanırlar.

Milləri toplamaq inanılmaz dərəcədə asandır. Ödəniş kartından Azərbaycanda olduğu kimi, xaricdə də istifadə edin. “Azərbaycan Hava Yolları” aviaşirkətinin reyslərinə bilet alarkən kartdan istifadə edin və bu zaman Sizin hesabınıza həm uçuşa, həm də bilet alışı zamanı kartdan istifadə etdiyinizə görə millər əlavə edilir. Bank kartından mümkün olduqca çox istifadə etməyə çalışın – kart vasitəsilə dükanlarda istənilən, hətta ən kiçik alış-verişləriniz üçün heç bir əlavə komissiya OLMADAN ödənişlər edin. Belə ki hər bir alış-verişə görə Sizin hesabınıza avtomatik olaraq millər əlavə ediləcəkdir.

Millər birgə ödəniş kartlarının sahiblərinə “Azal”ın reyslərinə pulsuz biletlər əldə etmək, standart baqaj normasından 10 kq artıq baqajın aparılması, xidmət sinfinin “ekonom” sinfindən “biznes” xidmət sinfinə yüksəldilməsi imkanları verir. 

Əlavə məlumatları şirkətin www.miles.swbank.az saytında və 012 598 04 48 telefon nömrəsi vasitəsilə əldə etmək olar. 

Daha çox alın, tez-tez səyahət edin!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek