Sənaye xəbərləri11.08.2011 13:48 2011-ci ildə 500.000 Azərbaycanlı turist Türkiyəni ziyarət edəcək
Bakı, Fineko/abc.az. Bakıda turizm sahəsində əməkdaşlığa həsr olunmuş Azərbaycan-Türkiyə konfransı keçirilir. Bu konfransda iştirak edən Türkiyənin Turizm sərmayədarları assosiasiyasının rəhbəri cənab Turqut Gur qeyd etmişdir ki, 2010-cu ildə Türkiyəni 436 min Azərbaycanlı turist ziyarət etdiyi halda, artıq 2011-ci ildə Azərbaycandan ən azı 500.000 nəfər turistin gələcəyi gözlənilir. “ - Biz münasibətlərin ədalətli olması naminə bu prosesi tənzimləməyə cəhd göstərsək də, 2011-ci ildə Türkiyə kurortlarında qiymətlər yenə də artmışdır. Lakin əgər Şimali Afrikadakı ərəb ölkələrinin kurortlarında vəziyyət sabitləşərsə, onda artıq 2012-ci ildə hər şey dəyişə bilər”, - deyə cənab T.Gur bildirmişdir.
bütün xəbərlər
|