Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

15.08.2011 15:44

Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi prioritet vəzifəyə çevrilir - nazirlik

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Turizmin tərəqqisinin təkanverici prosesləri fonunda geniş potensiala malik olan Azərbaycan üçün turizm sənayesinin inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrilir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkədə turizmin inkişafı üçün böyük perspektivlər açır.

Qurbanovun sözlərinə görə, 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi Azərbaycanda turizmin inkişafı yönündə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri konkretləşdirdi.

"Tədbirlər Planında mədəni turizm tədbirləri, idarəetmə və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, turistlərə göstərilən xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, investisiya və turizmin infrastrukturunun formalaşdırılması, kadr təminatı, elmi təminat, mədəni və tarixi abidələrin qorunması, bərpası və istifadəsi, təbliğat və təşviqat, xalq sənətinin dəstəklənməsi əksini tapır", - Nazirliyin Aparat rəhbəri deyib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek