Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

28.09.2011 11:00

Nazir Əbülfəs Qarayev: “Bu il Azərbaycana gələn turistlərin sayı 2 milyon nəfəri keçəcək”




[ 27 Sentyabr 2011 15:19 ]
Bakı. Ülkər Qasımova - APA-ECONOMICS. “Biz 2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 2 milyon 100 min nəfərə çatacağını güman edirik.

Çünki göstəricilərə əsasən demək olar ki, nəticə bu cür olmalıdır”. “APA-ECONOMICS”in xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 14% artım var. Ə.Qarayev qeyd edib ki, bu il ərzində Azərbaycanda bir çox turizm obyektləri tikilərək istifadəyə verilib: “Hazırda Azərbaycanda 46 turizm obyekti inşa olunmaqdadır, 22 obyekt isə tikilərək təhvil verilib. On il əvvələ nəzərə salsaq, bu müddətdə Azərbaycanda turizmin necə inkişaf etdiyini görə bilərik. 2001-ci ildə bizim turizm obyektləri 6 min turisti tuta bilirdi. Hazırda turistlər üçün nəzərdə tutulan 31 min yataq yeri var, bunun 11 mini Bakının payına düşür”.

Nazir yay mövsümündə ölkəyə gələn turistlərin sayında ötən ilə nisbətən çox böyük artım olduğunu açıqlayıb. İlkin açıqlamalara görə, yayda 30-40 min insan Azərbaycanın müxtəlif turizm obyektlərindən istifadə edib: “Əgər ötən il Azərbaycandan 55 minə yaxın insan turist kimi xaricə getmişdisə, bu il onların sayı 35 min olub. Bu da Azərbaycanda istirahət obyektlərinin yaxşı vəziyyətdə olduğunu göstərir”.

Ə.Qarayev bu ilin 6 ayı ərzində Azərbaycana xaricdən 1 mln. 900 min nəfərin gəldiyini deyib. Onların 1 mln. 500 min nəfəri turist olub.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek