Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





07.03.2012 12:12

Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək.

Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi – aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (“AITF”) sərgisi açacaq. Bu sərgidə      200-dən yuxarı şirkətin iştirakı gözlənilir və burada şirkətlər 60-dan çox turizm istiqamətini təqdim edəcəklər. Artıq üçüncü ildir ki, Türkiyə ardıcıl olaraq “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. İlk dəfə olaraq, Bolqarıstanın milli stendi (Bolqarıstan İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin dəstəyi ilə) sərgidə qonaq-ölkə statusunda iştirak edəcək. Sərgidə həmçinin Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcəklər. Tədbir çərçivəsində Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq. Sərgidə iştirak edən yerli şirkətlərin arasında öz fəaliyyətinə bu yaxınlarda başlamış otel və mehmanxanalar da olacaq. “SW Travel” (Azərbaycan) şirkəti qeydiyyat masasının sponsoru qismində çıxış edir. “AITF” sərgisinin rəsmi hava daşıyıcısı isə  “AZAL” konsernidir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek