Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





12.04.2012 16:09

Foto reliz

Bütün dünya. Bir sərgi.

“Bakı Ekspo” mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisi öz işinə başladı. Ölkənin və bütün Xəzər regionunun ən böyük turizm forumu növbəti dəfə milli turizm təşkilatları, turizm agentlikləri və aviaşirkətləri, habelə sanatoriyalar və kurortları təmsil edən turizm sahəsinin peşəkarlarını bir araya gətirdi.

“Bütün dünya. Bir sərgi” şüarı altında keçən “AITF-2012” sərgisi Bakıda rekord sayda iştirakçıları öz meydançasına toplayıb. Dünyanın 32 ölkəsindən 201 şirkət və təşkilat turizmin 62 istiqamətini təqdim edir. “AITF” sərgisinin daimi iştirakçı-ölkələri arasında Azərbaycan, Gürcüstan, Hindistan, Kipr, Malayziya, BƏƏ, Rusiya, Türkiyə və Çexiya var. Qətər, Polşa, Vyetnam, Litva, Slovakiya və Xorvatiyadan olan şirkətlərsə iştirakçı-debütantlardırlar. Ümumilikdə bu il sərgi Azərbaycan, Bolqarıstan, Gürcüstan, Dağıstan Respublikası, Hindistan, Kipr, Krım, Litva, Malayziya, Sloveniya, Türkiyə, Çexiya, Dubay Əmirliyi, Stavropol diyarı və Xorvatiyadan 15 milli və regional ekspozisiyanı qəbul edir.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev, Türkiyənin Azərbaycandakı səfirinin Mədəniyyət və informasiya məsələləri üzrə müşaviri cənab Səit Əhməd Arslan, Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirinin müavini cənab İvo Marinov, Ümumdünya Turizm Təşkilatının bölmə rəhbəri xanım Alla Pirisolova və “Iteca Caspian” şirkətinin direktoru cənab Fərid Məmmədov iştirak etdilər.

Azərbaycan Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev sərgini açıq elan edərək “AITF-2012” sərgisinin təşkilatçılarına təşəkkürünü bildirdi. Cənab Qarayev həmçinin qeyd etdi ki, sözügedən sərgi beynəlxalq təşkilatlar tərəfindən çox nüfuzlu və turizm sənayesinin inkişafına təkan verən bir tədbir kimi qiymətləndirilir.

Ümumdünya Turizm Təşkilatının nümayəndəsi x-m Alla Peresolova Ümumdünya Turizm Təşkilatının Birinci katibi cənab Taleb Rifainin məktubunu oxudu. Bu məktubda “AITF” sərgisinin turizmin inkişafı üçün geniş imkanlar açdığı qeyd olunurdu.

Sərginin açılışında Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirinin müavini cənab İvo Marinov qeyd etdi ki, Bolqarıstan ilk dəfə öz turizm potensialını təbliğ etmək məqsədi ilə “AITF” sərgisində iştirak edir.

Türkiyənin Azərbaycandakı səfirinin Mədəniyyət və informasiya məsələləri üzrə müşaviri cənab Səid Əhməd Arslan açılış mərasimində “AITF” sərgisinin dünya ictimaiyyətinin ölkənin inkişafı haqqında məlumatlandırılması baxımından vacib bir hadisə olduğunu qeyd etdi.

The unconditional prestige of the exhibition and the considerable attention paid to Azerbaijan’s booming tourism industry is underlined by the participation of the World Tourism Organization with its own stand.

Artıq ardıcıl olaraq üçüncü ildir ki, Türkiyə sərginin tərəfdaş ölkəsi qismində çıxış edir. Həmçinin, ilk dəfədir ki, “AITF” sərgisində qonaq-ölkə - Bolqarıstan iştirak edir.

Over the next three days, travel industry professionals will get a unique chance to meet the major companies in the global travel industry, to experience the flavour of each and every country represented at the national stands and to expand their portfolio of tourist destinations. Yaxın üç gün ərzində turizm sənayesinin mütəxəssisləri dünyanın turizm sənayesinin ən iri şirkətləri ilə tanış olmaq, milli stendlərdə ölkələrin koloritini hiss etmək və turistlərə təklif etdikləri istiqamətləri genişləndirmək kimi unikal imkan əldə edəcəklər.

Sərgi istirahət və səyahətlərin ən müxtəlif növləri üzrə təkliflərin müxtəlifliyi ilə ziyarətçiləri cəlb edir. Müalicə turizmi Bolqarıstan, Rusiya, Sloveniya, Ukrayna və Çexiyanın kurortları tərəfindən geniş təqdim edilib. Azərbaycan turistlərinin yaxşı tanıdıqları Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk və Truskavets kimi kurort-şəhərlərin siyahısına 2012-ci ilin “AITF” sərgisində Krım sanatoriyaları və bir sıra digər müalicə-sağlamlıq müəssisələri daxil olub. Onların arasında Litvanın Milli SPA Assosiasiyası və 6 lüks kateqoriyalı termal SPA kurortunu təqdim edən Sloveniyanın regional idarəsi - “The Land of Celje” var.

Sərgidə ənənəvi olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi təqdim olunur. Qarşıdan gələn “Avroviziya-2012” mahnı müsabiqəsi nazirliyin ekspozisiyasının əsas mövzusudur. Azərbaycanda fəal istirahət və macəra turizmi sahəsində yeni layihə və istiqamətlərin təqdimatları ilə ölkənin aparıcı turizm firmaları, istirahət zonaları, sanatoriyaları, həmçinin paytaxtda yenicə fəaliyyətə başlamış böyük otellər şəbəkəsi, o cümlədən “Fairmont”, “Hilton Baku”, “Four Seasons” və “Park Inn” çıxış edirlər. Ekzotik istirahət həvəskarlarını Tailand, Mavriki və Seyşel adalarında istirahətin təşkili üzrə ən maraqlı, hətta qeyri-adi təkliflər gözləyir.

Azərbaycan turistlərinin ən çox baş çəkdiyi stendlər arasında liderlik mövqeyini qoruyub saxlayan Türkiyə yenidən sərgidə ən böyük ekspozisiya ilə təmsil olunur. Türkiyənin məşhur Rivyera kurortları, tanınmış mehmanxanalar və ölkənin müxtəlif regionlarından daxili turizm şirkətləri sərginin ziyarətçilərinə Türkiyənin məşhur, həm də indiyədək naməlum qalan guşələrini təklif edirlər.

Xorvatiya “AITF” sərgisində böyük nümayəndə heyəti ilə iştirak edir. Buna isə heç şübhəsiz ki, Xorvatiya tərəfindən 2012-ci ilin oktyabr ayının sonuna kimi Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi imkan yaradıb. Xorvatiyanın stendində bütün ziyarətçilərə Adriatik sahilində yerləşən ən yaxşı mehmanxanalara turlar təklif olunur, onlar ölkənin diqqətəlayiq yerləri ilə tanış edilir və paytaxtda, habelə regionlarda hər il keçirilən çoxsaylı mədəni tədbirlərə dəvət olunurlar.

Bu il Azərbaycan bazarı üçün öz xüsusi təklifləri ilə çıxış edən aviaşirkət nümayəndəliklərinin sayı da artmışdır. Sərgidə həmçinin rəsmi hava yolları qismində çıxış edən “AZAL”, habelə “AirAstana”, “AirBaltic”, “Qatar Airways”, “Fly Dubai”, “Czech Airlines” və “Turkish Airlines” aviaşirkətləri yay turizm mövsümü dövründə ən əlverişli müntəzəm və çarter reyslərini təqdim edirlər.

“AITF” sərgisi ildən-ilə dünyanın müxtəlif ölkələrindən olan turizm sahəsinin daha çox peşəkarlarını özünə cəlb edir. Sərginin işgüzar proqramı tematik təqdimatlar və seminarlarla zəngindir. “Vışeqrad dördlüyünə daxil olan ölkələrdə turizm imkanları” adlı seminarın sərginin ilk iş gününün ən maraqlı tədbirlərindən biri olacağı gözlənilir. Sözügedən seminarda Macarıstan, Polşa, Slovakiya və Çexiyanın milli turizm ofislərinin nümayəndələri, eləcə də bu ölkələrdən olan iri daxili turizm şirkətləri, mehmanxana şəbəkələri, kurortlar, aviaşirkətlər iştirak edəcəklər. Sərginin ilk iki günündə həmçinin “Qatar Airways” aviaşirkətinin uçuşlar marşrutuna daxil olan mehmanxanaların və kurort zonalarının təqdimatları keçiriləcək. Tailandın Turizm üzrə milli agentliyi öz ölkəsinin ekzotik kurortlarının təqdimatını keçirəcək, Xorvatiya şirkətləri və turizm təşkilatları bir sıra seminarlar təşkil edəcək, “SW Travel” turizm agentliyi (Azərbaycan) isə tur-operatorlara yeni “onlayn” bron sistemini təqdim edəcəkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/05/2021 18/05/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek