Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

28.04.2011 15:50

İnsanı valeh edən Fransa ....

Gulya ÇAKAEVA,

Moskvada "Monde Sans Frontiere" şirkətinin nümayəndəsi:

SƏRHƏDSİZ DÜNYA – Fransanın "Monde Sans Frontiere" şirkəti məhz belə adlanır və şirkət bu adı doğruldaraq istənilən ölkənin sakinləri üçün cəlbedici turlar təşkil edir. Şirkət Fransa bazarının mənimsənilməsində demək olar ki, qırxillik iş təcrübəsinə malikdir və sözsüz ki, bütün Avropa ölkələri ilə maraqlanır. Şirkətin nümayəndəsi olaraq, mən marketinq tədqiqatlarını həyata keçirmək üçün hər il MDB şəhərləri üzrə səfərlərə çıxıram. Bu, bizim Bakıya ilk səfərimiz deyil. Belə ki, biz ötən il keçirilmiş AITF sərgisində də iştirak etmişik. Mən sərginin keçirildiyi kifayət qədər tutumlu və ən son texniki avadanlıqlar ilə təchiz edilmiş bu yeni kompleksə son dərəcə heyran qalmışam. Mən böyük məmnuniyyətlə beynəlxalq turizm sənayesi bazarında əhəmiyyətli missiyanın 10 illik yubileyi münasibəti ilə sərgi təşkilatçılarını ürəkdən təbrik edir və bu yubiley sərgisinə uğurlar diləyirəm. Mən  düşünürəm ki, biz bu tədbirdə gələn il də iştirak edəcəyik, çünki öz turizm biznesimiz üçün Azərbaycanı yaxşı bazarlardan biri hesab edirik.

Şirkətimizə gəlincə isə biz həm fərdi səfərlər, həm də kollektiv turlar ilə məşğul oluruq. Şirkətimiz "kaskad metodu" adlandırılan üsuldan istifadə edir. Turistlər bütün MDB ölkələri və başqa ölkələrdən toplanır və Parisdə qrup formalaşdırılır (cümə axşamı və bazar günləri). Biz Azərbaycan turistlərini də belə beynəlxalq qruplara daxil edə bilərik. Paris ilə Bakı arasında olan birbaşa hava yolu bakılılar üçün bizim turları daha da rahat edə bilər. Ona görə də, mən arzu edən bütün Azərbaycanlıları dəvət edirəm və bu sərginin nəticələrinə böyük ümid bəsləyirəm. Düşünürəm ki, sərgi bizə yerli turoperatorlar ilə görüşməyə və onlara öz xidmətlərimizi təklif etməyə kömək edəcəkdir. Müştərilərimizin istəyi və büdcəsindən asılı olaraq, biz onlar üçün daha uyğun tur da seçə bilərik. Bu tur yalnız Parisə deyil, eləcə də Fransanın bütün şəhərlərinə – Nitsa, San-Trope, Monako, Kann və digər şəhərlərə təşkil oluna bilər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek