Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

28.04.2011 16:25

Avropa üzrə ən yaxşı səyahətlər!

Tatyana KOÇ, "Open Up" şirkətinin Baş direktoru:

"Open Up" şirkəti 12 dekabr 2000-ci il tarixindən bazarda fəaliyyət göstərən İsveçrə turizm operatorudur. Fəaliyyətimizin əsas istiqamətləri Rusiya və MDB ölkələrindən olan turistləri əhatə edir. Azərbaycanlıların səyahətlər dünyasında heç bir sərhəd tanımayan turizm qruplarına qoşulmaq kimi əla şansları var! Bu gün Bakıdakı sərgidə biz öz imkanlarımızı geniş şəkildə təqdim edirik. Biz bu il sərgiyə böyük ümidlər və sizin ölkənizdən olan turistlər üçün yeni təkliflər ilə gəlmişik.

Sizi İsveçrə, Çin, Almaniya, Fransa, Avstriya, İtaliya və Çexiyaya çox gözəl turlar maraqlandırır? Avropa üzrə çox gözəl səyahətlər, məşhur İsveçrə göllərinə tamaşa etmək, mənzərəli Alp dağlarına qalxmaq, Bern, Vyana və Parisə baş çəkmək, bir neçə ölkə üzrə birgə turlarda iştirak etmək və valehedici mənzərələrin fonunda istirahət etmək son dərəcə gözəldir. Bizim Berndə ofislərimiz, Moskva, Kiyev, Sankt-Peterburq, Perm, Almatı və Düsseldorf şəhərlərində isə nümayəndəliklərimiz var və onlar bu ölkələrdə turizm xidmətlərinin ən geniş spektrini təklif edirlər. Pekindəki ofisimiz və Moskva, Kiyev, Sankt-Peterburq, Perm və Almatı şəhərlərindəki nümayəndəliklərimiz isə Çin üzrə turizm xidmətlərinin ən geniş çeşidini təklif edirlər.

Ötən il biz ilk dəfə olaraq Azərbaycanda keçirilən bu sərgidə iştirak etdik və burada işlərin təşkilatçılıq səviyyəsi çox xoşumuza gəldi. Həmin vaxt sərginin ölçüləri daha kiçik idi, lakin bu gün burada fəaliyyət göstərmək üçün yüksək səviyyəli avadanlıqlar ilə təchiz edilmiş geniş və rahat yer var. Biz bu sərginin ölçülərinə sadəcə heyran qalmışıq və çox məmnunuq ki, bu səfərimiz AITF sərgisinin əlamətdar onillik yubileyi ilə üst-üstə düşür.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek