Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

29.04.2011 09:09

Azərbaycanda mehmanxana biznesi çox sürətlə inkişaf edir

Tolqa AKAŞ, “Grand Hotel Europe” mehmanxanasının Baş meneceri:

"Turizm və Səyahətlər" sərgisində biz böyük məmnunluqla iştirak edirik, çünki bu tədbir xüsusi ilə parlaqdır və bizim otel biznesimizə konstruktiv imkanlar yaradır. Ziyarətçilər ilə dolu sərgi zalı potensial qonaqların və tərəfdaşların diqqətini Bakıda ən qonaqpərvər mehmanxanalardan birinə -  “Grand Hotel Europe” mehmanxanasına yönəltməyimizə kömək edir. Bu birinci dərəcəli, dəbdəbəli mehmanxana mükəmməl bir yerdə yerləşir. Buradan demək olar ki, cəmi bir neçə dəqiqə ərzində əsas biznes mərkəzlərinə, paytaxtın hökumət idarələrinə və ya böyük nəqliyyat magistrallarına getmək mümkündür. Bütün Bakıya və Xəzər dənizinə füsunkar mənzərənin açıldığı bir hündürlükdə yerləşən “Grand Hotel Europe” mehmanxanası həqiqətən də müasir dizayn ilə keçmişin motivlərini birləşdirən, təkraredilməz mehmanxana üslubunu müvəffəqiyyətlə kombinasiya edən arxitekturaya malik təmtəraqlı bir mehmanxanadır. Bu, Bakıda ən yaxşı mehmanxanalardan biridir. Bura konfrans və görüşlərin keçirilməsi üçün nəfis bir yerdir və əgər nəzərə alsaq ki, burada hər cür rahatlıq və yüksək səviyyəli servisdən istifadə etmək mümkündür, o zaman real qiymətlər haqqında da danışmaq olar. Burada bütün növ ödəniş kartları qəbul edilir. Nəticədə isə bizim qonaqlarımız bu mehmanxananı öz dostlarına məsləhət görürlər.

Bu sərgidə biz çox insanlar ilə qarşılaşdıq və onlara Azərbaycana cəlbedici turizm səfərləri haqqında məlumat əldə etməyə kömək etdik. Bizim stendimiz daim ziyarətçilər ilə doludur və bizə onların müsbət reaksiyasını müşahidə etmək son dərəcə vacibdir. Axı biz çox gözəl anlayırıq ki, Azərbaycanda çox sürətlə inkişaf edən turizm biznesi həm də əla perspektivlərə malikdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek