Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

29.04.2011 09:12

Rahat hava marşrutları

Adel Dauletbek,

“AIR Astana” şirkətinin Azərbaycan üzrə regional meneceri:

Ümid edirəm ki, hazırkı sərgi Azərbaycan və Qazaxıstan arasında transmilli əlaqələrinin möhkəmləndirilməsinə əlavə töhfə verəcək. AITF sərgisində “AIR Astana” şirkətini təqdim edərək, maraqlanan şəxslərin diqqətini çatdırmaq istəyirəm ki, Qazaxıstanın milli aviadaşıyıcısı həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri Bakı-Almatı hava reyslərini yerinə yetirir. Sizin xidmətinizə A320 aerobusu və Bakıdan Almatı aeroportu vasitəsilə Qazaxıstanın digər şəhərləri üzrə rahat marşrutlar təqdim edilir. Turizm firmaları və Qazaxıstanın çoxsaylı qonaqları bizim şirkətimizin bütün yeniliklərindən xəbərdar olmalıdırlar və biz stenddə “AIR Astana” ilə əməkdaşlığın özəlliyinə təfərrüatı ilə aydınlıq gətiririk.

Onu da Qeyd etmək vacibdir ki, biz həmçinin Mərkəzi Asiya istiqamətləri üzrə yeni reysləri açmışıq. Bundan əlavə, siz cənub-şərqi Asiyanın bir çox istiqamətlərinin (Pekin və Seul, Kuala-Lumpur və Banqkok şəhərləri) mənimsənilməsində şirkətin geniş imkanlarından istifadə edə bilərsiniz. Beləliklə, turizmin inkişafının bu sahəsində biz Azərbaycandan Qazaxıstan vasitəsilə cənub istiqamətində yola düşən sərnişinlərin bütün kateqoriyaları üçün daha rahat çarter və digər reyslər təşkil etmişik. Bu gün belə məlumatlar ilə bölüşmək xüsusilə xoşdur, çünki Azərbaycanda Turizmin İlinin keçirilməsi ilə bağlı əhəmiyyətli məsələlər gerçəkləşdirilir.

Mən qeyd etmək istəyərdim ki, biz bu sərgidə ikinci dəfədir ki, iştirak edirik - bizim Bakıdakı nümayəndəliyimiz artıq iki ildir ki, fəaliyyət göstərir. Müasir, gözəl sərgi mərkəzi, həm də bu il iştirakçıların sayının çox olması biz çox sevindirir. Biz çox şadıq ki, Azərbaycanda turizm ayrıca bir sahə kimi inkişaf edə bilir. Belə ki, bu sektor böyük perspektivlərə malikdir. Axı bizim əməkdaşlığımız hər il möhkəmlənir!

10-cu Yubiley AITF Sərgisinin bütün iştirakçılarına müvəffəqiyyətlər arzu edirik!

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek