Baş xəbərlər29.04.2011 12:05 Turizm qruplarının mübadiləsi üçün səmərəli imkan
Aişə DÖNMEZER, Türkiyə Kiprinin Mehmanxanalar assosiasiyasının rəhbəri: Biz sərgidə Şimali Kiprin Turizm Nazirliyi, Mehmanxanalar Assosiasiyasının Katibliyi və daşıma şirkətlərinin assosiasiyası ilə birgə iştirak edirik. AITF sərgisində bizim iştirakımızın başlıca məqsədi Şimali Kipri Azərbaycanda təbliğ etməkdir. Belə ki, bizi Azərbaycanın insanları ilə sıx mədəni və sosial əlaqələr birləşdirir. Biz özümüz haqqında danışmaq, Şimali Kipr barədə bilikləri artırmaq istəyirik və hiss edirik ki, sizin xalqınız bizim xalqa çox yaxındır. Bu sərgi effektiv bir missiyanı da həyata keçirir – turizm qruplarının mübadiləsi üzrə real imkan yaradır. Biz yalnız Şimali Kiprə turların satışı ilə məşğul olmuruq, biz həm də öz turistlərimizi Azərbaycana göndərə bilərik. Sərgi Azərbaycanı turizm üçün daha da cəlbedici edir. Biz bu sərginin təşkilindən tam razıyıq, belə ki, sərgi turistlərin Azərbaycana cəlb edilməsi üzrə reklam işlərini daha da genişləndirməyə imkan yaradır. Bizdə turistlər üçün təxminən 16.000 hazır yer, konfrans zallarına malik beşulduzlu mehmanxanalar var. Bizdə həmçinin 4 və 3 ulduzlu hotellər, bunqalo və villalar da vardır. Bizim emblemimizdə siz göy və qəhvəyi rəngli dəniz qumunu görürsünüz. Bu, onu bildirir ki, burada yaxşı hava var və bizə ilin hər mövsümündə, 12 ay ərzində istənilən vaxt səfər etmək olar. Bizə Avropa və Türkiyədən çoxsaylı turistlər gəlir və biz Azərbaycanı da bu siyahıda görmək istəyərdik, belə ki, bu gözəl guşələrdə Azərbaycanlı turistlərin sayı hələlik azdır. Məsələn, ABŞ və Azərbaycandan olan turistlərin sayı eyni dərəcədə azlıq təşkil edir. Lakin Azərbaycan bizə daha yaxındır və biz bu layihəni genişləndirməyə çalışırıq. Bu layihəyə iyun ayında Azərbaycandan Şimali Kiprə çarter reyslərinin açılışı kömək edəcək. Siz Azərbaycanda turoperatorlar ilə əlaqə saxlayaraq qiymətləri və bizim ölkəyə səfərin şərtlərini dəqiqləşdirə bilərsiniz. Biz Azərbaycanlı turistlərin yolunu gözləyirik!
bütün xəbərlər
|