Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

29.04.2011 12:48

Ukraynanın unikal sanatoriyaları

Yelena YAKUBENKO, "Truskaveskurort" Qapalı Səhmdar Cəmiyyətinin (Ukrayna) satış-marketinq direktoru:

Sizə diaqnostika mərkəzi, 350-dən çox prosedurun həyata keçirildiyi su müalicəxanası və spa-mərkəzi olan unikal tibbi kompleksin xidmətlərini təklif edirik. Hesab edirəm ki, belə bir təklif həm ayrı-ayrı müştərilərdə, həm də turizm sektoru ilə bağlı olan ticarət strukturlarının nümayəndələrində maraq oyadacaq. Ukraynanın məşhur şəhərinin "Truskaveskurort" şirkəti AITF 2011 turizm sərgisində 5 sanatoriyanı təqdim edir. Bizim siyahıda müasir avadanlıqlar ilə təchiz edilmiş 5 tibb müəssisəsi, 2 mineral su mənbəyi var. Dekabr ayında unikal "MedPalace" tibbi mərkəzi ilə birləşdiriləcək 180 yerlik yeni sanatoriyanın açılışını planlaşdırırıq. Bu cür xidmətləri Ukraynada bizdən başqa heç kəs göstərmir. Bizim sanatoriyalar eyni zamanda 4.000-dən çox turisti qəbul edir. Biz istənilən zövqə uyğun olaraq “Econom”, “Standart” və “Lüks” kateqoriyalı nömrələr təklif edirik .

Belə yüksək səviyyəli tədbirdə iştirak etmək, sözsüz ki, bizim şirkətimizin imicini dəstəkləyir. Biz öz müştərilərimizə daim loyallıq və son dərəcə diqqət göstəririk və buna görə də, bazarı, insanların əhval-ruhiyyəsini hiss etmək və müvafiq olaraq, perspektivli görünən ölkəyə səfər etmək imkanını əldən qaçırmırıq.

Biz ilk dəfədir ki, burada iştirakçı qismində çıxış edirik, lakin bundan əvvəl biz bura ziyarətçi qismində və eyni zamanda, bazarı təhlil etmək üçün gəlmişdik. Artıq biz Azərbaycanın turizm firmaları ilə ilk müqavilələr imzalamışıq və burada biznesin inkişafının səmərəsini görürük.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek