Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

29.04.2011 16:08

Reklama qarşılıqlı sərmayə qoyulmalıdır

Vasilios VASİLİADİS, "Vega Travel" (Yunanıstan) turizm şirkətinin meneceri:

Biz artıq üçüncü ildir ki, ardıcıl olaraq AITF sərgisində iştirak edirik və bu,  Yunanıstanın turizm operatorları tərəfindən Azərbaycana və sizin ölkənin əlverişli bazarına göstərilən böyük maraqla bağlıdır. Azərbaycan zəngin təbiəti və tarixi abidələri olan gözəl bir ölkədir. Burada turizm biznesinin inkişafı üçün çox gözəl imkanlar var. Lakin biz təkcə bizim vətəndaşlarımızın sizə gəlməsini deyil, həm də azərbaycanlıların Yunanıstanda olmalarını arzu edirik. Bunun üçün dövlət səviyyəsində ciddi məlumatlandırma fəaliyyətinə, reklam işinə ikitərəfli sərmayə qoyulması vacibdir və belə olarsa, ölkələrimizin nümayəndələri daha tez-tez qonaq gedib-gələ biləcəklər.

Rəsmi səviyyədə, biz artıq Azərbaycanda dəfələrlə olmuşuq və yerli turoperatorlar ilə daha sıx əlaqələr qurmağı planlaşdırırıq. Bu gün biz burada Yunanıstanın Turizm Nazirliyinin birləşdirilmiş milli stendində təqdim olunuruq. Sevindirici haldır ki, bu cür gözəl “Baku Ekspo” mərkəzi tikilib. Təşkilatçılığa gəldikdə isə, deyə bilərəm ki, hər şey olduqca rahatdır və bu dəfə ziyarətçilərin sayı əvvəlkinə nisbətən kifayət qədər çoxdur. Yaxşı cəhətlərdən biri də odur ki, bizim gələcək potensial müştərilərimiz qismində, eləcə də bu və ya digər səviyyədə turizm biznesi ilə əlaqəsi olan bir çox insan bu sərgini ziyarət edirlər.

3 il ərzində, Bakı inanılmaz dərəcədə müsbət tərəfə dəyişib. Bir çox gözəl binalar, əlverişli və rahat şərait var... Bu isə o deməkdir ki, həm ölkənizdəki mehmanxanaların xidmət səviyyəsi, həm də infrastruktur turizm sənayesinin xidmətlərini əyani şəkildə vurğulayacaq bir səviyyədədir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek