Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

29.04.2011 16:28

İlham Əliyev “AİTF -2011” 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmuşdur

29 aprel 2011, 15:15
Text size  Minus

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “AİTF -2011” 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgiləri ilə tanış olmuşlar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, “AİTF -2011” sərgisində 61 turizm istiqaməti təqdim edilməklə 24 ölkədən 230 şirkət, 2-ci Ümumrespublika daxili turizm sərgisində isə Azərbaycanın 15 rayonundan 83 turizm subyekti iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və “İteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. “AİTF-2011” sərgisində Türkiyə, Misir, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Çexiya, Yunanıstan və Hindistanın turizm potensialını əks etdirən məhsullarla yanaşı, əyləncə proqramları, kulinariya şouları, Azərbaycan və dünya xalqlarının rəqsləri, eləcə da təsviri incəsənət və dulusçuluq işləri nümayiş etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın müxtəlif regionlarının və xarici ölkələrin turizm potensialını əks etdirən stendlərə baxdılar. Dövlətimizin başçısına və xanımına regionlarımızın və xarici ölkələrin əlverişli turizm imkanları haqqında ətraflı məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Kulinariya Mərkəzinin qazandığı beynəlxalq nailiyyətləri əks etdirən stendə də baxdılar. Kulinarlar dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek