Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

30.04.2011 15:09

Biz sizə İtaliyanı daha yaxşı tanımağa kömək edəcəyik!

Anna Çiara Di DOMENIKO,

"Regal Travel" (İTALİYA) şirkətinin bron sifarişlər üzrə meneceri:

Yeni perspektiv bazarda əlaqələrin qurulması istənilən iri turizm operatoru üçün əhəmiyyətli bir məsələdir. "AITF 2011" sərgisində iştirakımızı da məhz bu amil şərtləndirilir, çünki Azərbaycan sərgisi ciddi marketinq aksiyasının keçirilməsi üçün ən münasib yerdir. Bizim şirkət "H.T.S" turizm holdinqinin tərkibinə daxildir. Bu qrupun tərkibinə bizdən başqa "Regal Travel, "Gartour" və digər şirkətlər də daxildirlər. Beynəlxalq bazarda 15 illik peşəkar fəaliyyət təcrübəmiz bizə onu deməyə imkan verir ki, turizm məhsullarını fəal surətdə təşviq etmək lazımdır.

Bizə, yəni İtaliyaya bütün dünyadan qonaq və turistlər axışıb gəlirlər – yay və dağ xizək kurortları, mədəni ekskursiyalar, bir və ya bir neçə gün davam edən səfərlər, fərdi və iri qruplar üçün turlar... biz istənilən turizm məhsulunu, müxtəlif istirahət və əyləncə növünü təklif edirik.

Bizim brend – İtaliyanın bütün şəhərləridir! Təəssüf ki, kütləvi turistlər bu şəhərlər barədə çox az məlumata malikdirlər. Buna görə də, stendin ziyarətçiləri bizim ölkəmiz haqqında maksimal informasiya əldə etməlidirlər. Bizə bu günlərdə yalnız fərdi səyahət həvəskarları deyil, həmçinin İtaliyaya turistlərin göndərilməsi ilə məşğul olan və öz biliklərini genişləndirərək daha konkret əlaqələr əldə etmək istəyən Azərbaycan şirkətlərinin nümayəndələri də yaxınlaşırlar. Əlbəttə, Şenqen sazişi məsələni bir az ləngidir, lakin siz İtaliyaya çatan kimi, ilk baxışdan ona vurulursunuz. Bu cür fikirləri bu sərgidə eşitmək bizim üçün son dərəcə xoşdur.

Bu, bizim Bakıya ilk səfərimizdir. Bu sərgidə iştirakımız isə onunla bağlıdır ki, get-gedə daha çox yerli şirkət sözün əsl mənasında yardım göstərmək, dəstək vermək, bizim birgə turizm fəaliyyətimizdə maksimal informasiyanı təmin etmək əzmində olan firmalar ilə daha fəal əməkdaşlıq etmək üçün zəruri sayılan marketinq alətini əldə etməyə çalışır. Bəs bu gün bunu kim gerçəkləşdirə bilər? Ümid edirəm, siz düz təxmin etdiniz - əlbəttə ki, MDB ölkələri üzrə bir nömrəli turizm operatoru sayılan "Regal Travel" və "Gartour" şirkətləri!

 

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek