Baş xəbərlər24.01.2011 17:57 Azərbaycanda 2011-ci il «Turizm İli» elan edildi
Prezident İlham Əliyev 2011-ci ili turizm ili elan edib. Bu haqda o yanvarın 14-də Nazirlər Kabinetinin iclasında bildirib. Prezident 2011-ci ildə Bakıda 5 beşulduzlu hotelin açılacağını və bunun necə mühüm göstərici olduğunu bildirib. Həmçinin “Şahdağ” qış-yay turizm kompleksi haqqında söz açıb. Sonda prezident İlham Əlivev qeyd etmişdir: “Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək. 2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq”.
bütün xəbərlər
|
|
|
 |
 |
|
21/05/2022 |
22/05/2022 |
|
USD |
1.7
|
1.7
|
|
EUR |
1.8968
|
1.8931
|
|
GBP |
2.1937
|
2.1934
|
|
RUR |
0.0264
|
0.0263
|
|
|