Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

30.04.2011 15:49

AITF – Bütün dünya. Bir sərgi.

Bu gün "AITF 2011" 10-cu Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi   və 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi öz işini tamamlayır. Bu beynəlxalq miqyaslı tədbir Bakıda dünyanın 24 ölkəsindən 230 şirkəti bir araya gətirdi və turizm sənayesinin bütün istiqamətlərini təmsil edən minlərlə nümayəndə, həmçinin səyahət həvəskarları üçün ənənəvi bir bayram çevrildi.

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrindən biri kimi, turizmin inkişafına böyük qiymət verilir. Məhz buna görə, yubiley sərginin dəyərini qiymətləndirmək çətindir. Sərginin yubileyi Azərbaycanda cənab Prezident tərəfindən elan edilmiş Turizm İlinin keçirilməsi ilə üst-üstə düşdü ki, bu da rəmzi və nümunəvi xarakter daşıyır. Bu mərhələ heç şübhəsiz ki, tarixə yeni nailiyyətlər mərhələsi və beynəlxalq əhəmiyyətli parlaq layihələrinin gerçəkləşdirilməsi kimi daxil olacaq. "AITF 2011" sərgisi Azərbaycanda Turizm İlinin parlaq hadisələrindən biri oldu və həm kütləvi informasiya vasitələri, həm də sərgi iştirakçıları və  ziyarətçiləri arasında müsbət rəylər ilə qarşılanaraq, yüksək təşkilatçılıq səviyyəsində həyata keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyevanın "AITF 2011" sərgisini ziyarət etmələri bu tədbirin bütün iştirakçıları üçün əlamətdar bir hadisə oldu. Dövlət başçısının daimi diqqəti və turizm sahəsinə qayğının göstərilməsi, iqtisadiyyatın bu əhəmiyyətli sektorunun və beynəlxalq əməkdaşlığın bütün sahələrində özünü büruzə verir. Ölkədə turizmin inkişafı üzrə 6 illik Dövlət Proqramı müvəffəqiyyətlə gerçəkləşdirilir. Belə ki, ötən il Azərbaycana bir milyon yarımdan çox turist səfər edib, ölkədə fəaliyyət göstərən mehmanxanalar və kempinqlərin sayı isə 500-ə çatıb. Başqa sözlə desək, son illər ərzində turistləri qəbul etmək üçün yerlərin sayı üç dəfə artırılıb. Bu ilin sonunda – gələn ilin əvvəllərində isə ölkə ərazisində 6 ədəd beşulduzlu otel istismara veriləcək.

Prezident İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva Azərbaycanın müxtəlif regionlarının və xarici ölkələrin turizm potensialını əks etdirən stendlərə tamaşa etdilər. Dövlət başçısı və ölkənin Birinci xanımına respublikamızın və xarici ölkələrin əlverişli turizm imkanları haqqında ətraflı məlumatlar verildi.

Sərginin rəsmi açılışı mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qeyd etdi ki, Azərbaycanda turizm sahəsi daha da inkişaf edəcək və dövlət iqtisadiyyatının ayrılmaz hissəsi olacaqdır. "ITE Group" şirkətinin icraçı direktoru c-b Edvard Stroon isə öz növbəsində qeyd etdi ki, bu il tədbir iştirakçılarının sayı 20%-dən dən çox artmışdır.

Azərbaycanın dünya cəmiyyətinə sürətli inteqrasiyası onu əks etdirir ki, iri turizm operatorları bizim ölkəyə daha çox diqqət ayırırlar. Yerli bazara maraq o qədər böyükdür ki, bir çox ölkələr demək olar ki, bir il əvvəl növbəti "AITF" sərgisində iştirak üçün yer sifariş edirlər. Bu fakt sözsüz ki, diqqətəlayiqdir və sərginin təşkilatçılarına inam və hörməti təcəssüm etdirir. Beləliklə, sərgi Yunanıstanın, Gürcüstan, Dağıstan, Türkiyə, Misir, Hindistan, Litva və Çexiyanın milli stendlərini təqdim etdi.

İştirakçıların, qonaqların və ziyarətçilərin sayının daim artması sərgi sayəsində Xəzəryanı regionda təmin edilən imkanlara daim artan marağı əyani olaraq sübuta yetirir. Turizm sənayesinin ən parlaq hadisələri "AITF" sərgisində ekspozisiyaya çevrilir. Buna görə də, ikiqat əhəmiyyətlidir ki, “inkaminq” turizmi (turistlərin ölkəyə gəlmələri) sahəsində ixtisaslaşan xarici debütantlar – turizm operatorlarının əksəriyyəti Azərbaycanda öz missiyasından danışan zaman, vahid bir fikir ətrafında birləşdilər – məhz "AITF 2011" sərgisi onların turizm məhsullarının yerli bazarda optimal təşviqinə imkan yaradır. Belə ki, Azərbaycanda keçirilən bu peşəkar sərgi sayəsində hamı Misir, Sloveniya, Seyşel, Vyetnam, Yunanıstan, Meksika və çox digər ölkələrə səyahətlərin üstünlükləri haqqında daha ətraflı məlumat əldə etmək imkanı qazandı, çünki, bəzən hətta ən parlaq reklam bukletlərinə baxmaqla fikir yürütmək çox çətindir. Tanınmış turizm firmasının müvafiq meneceri ilə şəxsi görüş, potensial turistə nəzərdə tutulan səyahətin bütün faydalarını qiymətləndirməyə, bu və ya digər cəlbedici marşruta dair nəticə çıxartmağa, ödəniş və turun rəsmiləşdirməsinə dair bütün detallara aydınlıq gətirməyə imkan verir. Gəlin razılaşaq ki, belə yanaşma, şirkətin nümayəndəsi ilə ünsiyyətin nəticələrinə görə ölkə haqqında ilk müsbət təəssüratların yaranmasına imkan verir. Eyni zamanda, ziyarətçilər və yerli turoperatorlar ilə daimi ünsiyyət prosesində bir çox xarici qonaqlar Azərbaycan haqqında öz biliklərini genişləndirə bildilər. Sərginin mühüm əhəmiyyət kəsb edən xidmətlərindən biri də odur ki, o, bu sahədə malik olduğu iş təcrübəsindən asılı olmayaraq, daim bütün iştirakçılarının peşəkarlıq səviyyəsinin yüksəlməsinə imkan yaradır, axı marketinqin ən əhəmiyyətli alətlərindən biri yaxşı nəzəri hazırlıq əsasında informasiya mübadiləsi, biliklərin artırılması və biznesin inkişafının spesifikası ilə bağlıdır. Peşəkar ziyarətçilər üçün nəzərdə tutulmuş seminarlar və təqdimat mərasimləri proqramı dolğun və rəngarəng idi. Bu baxımdan, sərgi sağlamlıq turizmi və sanatoriyaların işinin təşkili sahəsində elmi-praktiki tövsiyələr, turizm bazarının seqmentləşdirilməsi, kreditləşdirilməsi və onun fəaliyyət mexanizmləri, səyahət sənayesinin inkişafında innovasiyalı həll variantları, turizm xidmətlərinin “B2C” (biznes-istehlakçı əlaqələri) sxemi üzrə “onlayn” rejimində satışı, turizm operatorları və turizm agentlərinin fəaliyyətinin avtomatlaşdırılması və bir çox digər fəaliyyətlər üçün optimal baza kimi xidmət etdi.

Digər tərəfdən isə, sərgi xarici iştirakçıları regionun hər bir guşəsi ilə tanış edərək, Azərbaycanın zəngin turizm potensialını əyani şəkildə onlara təqdim etdi və bu da sözsüz ki, həmin ölkələrdə Azərbaycan marşrutunun açılmasına və onun bu ölkələrin əhalisi arasında populyarlaşdırılmasına xidmət edir. Bu baxımdan, II Ümumrespublika Daxili Turizm Sərgisi çox gözəl imkanları nümayiş etdirdi. Öz ekspozisiyalarında 18 regiondan 85 şirkət Azərbaycanın istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini müvəffəqiyyətlə təqdim etdilər, “AITF 2011” sərgisinin iştirakçıları və qonaqlarını Azərbaycan xalqının müxtəlif və zəngin folkloru, mətbəxi və xalq sənətinə aid olan ənənələri ilə tanış etdilər. Bir çox xarici qonaqlar Azərbaycan şirkətləri tərəfindən təklif edilən eko-turizm sahəsinin xidmətlərini – çaylarda qayıqla səyahət, dağ çaylarının kanyonlar ilə keçilməsi, yaxta və qayıqlarda su gəzintiləri, atla gəzintilər, ovçuluq (suda üzən ov quşu və dağkeçiləri), balıqçılıq və s. təkliflər böyük maraqla qarşılandı. Tarixi-arxeoloji, xalçaçılıq, ekoloji səyahətlər, dini-zəvvarlıq turları kimi tematik səyahət turları da müsbət reaksiyaya səbəb oldu. 2011-ci ilin sonundan Azərbaycanda ilk dəfə turizmin qış növləri üzrə xidmətlərin göstərilməsi başlayacaq. Belə ki, ölkənin şimalında, Qusar rayonunda "Şahdağ" qış-yay turizm kompleksinin açılışı planlaşdırılır. Xüsusi olaraq, burada xizəklər ilə sürüşmə üçün dağ yamacları yaradılır. Beləliklə, "AITF 2011" sərgisi xarici auditoriyaya yerli turizm potensialının ciddi perspektiv resurslara malik olduğunu müvəffəqiyyətlə nümayiş etdirə bildi.

Sərgi qarşılıqlı əlaqələr və gələcək əməkdaşlığın özünəməxsus "katalizatoru" rolunu əyani şəkildə nümayiş etdirir, həmçinin ölkələrin turizm potensialı ilə tanış olmaq və istirahət yeri seçmək üçün ən gözəl meydança kimi xidmət göstərir. Ziyarətçilər turizm sahəsinin onlarla istiqaməti üzrə bir çox əhəmiyyətli və faydalı məlumatlar almaq, turizm sahəsinin bir çox mütəxəssisləri ilə görüşmək, yerli səyahət sənayesinin geniş potensialı ilə tanış olmaq imkanı əldə etdilər. İstisnasız olaraq hər bir iştirakçı, bu cür ekspozisiyalar üçün sərginin Bakının ən rahat yerində, yüksək səviyyədə inşa edilmiş Bakı - Heydər Əliyev adına beynəlxalq hava limanı şosesində yerləşən yeni “Baku Ekspo” mərkəzində keçirilməsinin müsbət tərəflərini qeyd etdi. Kompleksin müasir infrastrukturu həm iştirakçılar, həm də sərginin ziyarətçiləri üçün rahat şəraiti təmin edir, hər cür mümkün kommunikasiya vasitələri və sürətli WI-FI İnternet isə stendlərin qurulmasını asanlaşdırır.

"Bütün dünya. Bir sərgi" – "AITF 2011" sərgisinin yeni şüarı öz adını layiqincə doğrultmağa müvəffəq oldu. Bir çox turizm şirkətlərinin nümayəndələrinin artıq imzalamaq üçün hazır olan əməkdaşlıq haqqında sənədlər ilə Bakıda keçirilən sərgiyə gəlmələri təsadüfi deyil. Belə ki, strateji əməkdaşlıq iki ayrı firmanın şəxsi maraqları ilə məhdudlaşmır, hərçənd sözsüz ki, bu, millətlərarası peşəkar və iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradır. Söhbət nazirliklər və böyük turizm operatorları səviyyəsində genişmiqyaslı dövlətlərarası əlaqələrdən gedir. Belə ki, sərgi çərçivəsində, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və BƏƏ-nin "Atlantis Holidays" şirkəti əməkdaşlıq müqaviləsi imzaladılar. Sənəd turistlərin Fars Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına daxil olan ölkələrdən cəlb edilməsini, regionda Azərbaycanın maraqlarının təqdim edilməsini, Körfəz ölkələrində Azərbaycana həsr edilmiş informasiya-təbliğatçılıq kampaniyalarının keçirilməsini, bu ölkələrin turizm bazarında bir "brend" kimi Azərbaycanın mövqeyini təşviq etmək və möhkəmləndirməyi nəzərdə tutur.

Ənənəvi olaraq, bünövrəsi qoyulduğu gündən etibarən, sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.  Sərginin sponsorları arasında "Gartour", həmçinin "Silk Way Travel " turizm şirkətləri də var. "AZAL" şirkəti "AITF 2011" sərgisinin rəsmi avia-yükdaşıyıcısı kimi çıxış edir. "Azerfon-Vodafone" və "Caspel" şirkətləri isə sərginin tərəfdaşları simində çıxış edirlər.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek