Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

15.08.2011 15:48

Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisə təqdim ediləcək.

Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirliyin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. Onun sözlərinə görə, "Turizm haqqında" yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq.

"Daha yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, dünya standartlarına uyğun turizm xidmətini təşkil etmək, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var", - Qəhramanov bildirib.

O qeyd edib ki, yeni qanun daha geniş təsir vasitələrini işə salmağa imkan verəcək. "Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, regionlarda turizmin inkişafı, turizmin müxtəlif növlərinin təşviqi baxımından əlavə imkanlar verəcək", - sektor müdiri bildirib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek