Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

19.09.2011 11:50

Dünya şöhrətli otel və mehmanxanalar "Təhsil və Karyera" sərgisində ixtisaslı işçilərin seçilməsini həyata keçirəcəklər

Oktyabr ayının 6-dan 8-dək Azərbaycanın paytaxtı Bakı şəhərində təhsil xidmətləri, gənclərin peşəkar istiqamətləndirilməsi və məşğulluğu sahəsində regionun ən iri tədbiri olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq “Təhsil və karyera” (“Education and Career”) sərgisi keçiriləcək. Bu il sərgidə 15 ölkədən yüzdən çox təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində əsas diqqət yaşı 16 və daha çox olan ziyarətçi auditoriyası üçün nəzərdə tutulmuş “ali təhsil” və “dil bacarıqlarının təkmilləşdirilməsi” sektorlarına yönəldiləcəkdir.

Sərgidə “Karyera” sektoruna xüsusi diqqət verilir. Azərbaycanda işədüzəlmə və peşəkar kadrların seçilməsi hələ də gündəmdədir. Azərbaycan iqtisadi artım göstərir və indiki zamanda nadir mütəxəssislər, mövsümi işçilər və s. kimi kadr tələbatını təmin etmək daha da çətinləşir. Bu baxımdan, sərgi işəgötürənlər üçün işçi heyətinin cəlb olunması prosesində vacib alət ola bilər. 3 gün ərzində “Education and Career” sərgisinə 10 mindən çox ziyarətçi baş çəkir. Bundan əlavə, sərgi real vaxt rejimində aparıcı işəgötürənlərin tələbə və gənc mütəxəssislər ilə ünsiyyət qurmaları üçün münasib şərait yaradır və əmək bazarındakı resursları obyektiv şəkildə qiymətləndirməyə kömək edir.

Bu gün “Karyera” sektorunda eksponentlərin müəyyən faizi ölkənin aktiv yüksəliş mərhələsini yaşayan mehmanxana-turizm bazarının iştirakçıları təşkil edirlər. Azərbaycanda fəaliyyət göstərən dünya şöhrətli otel və mehmanxanalar sərgidə öz şəbəkələri üçün ixtisaslı işçilərin seçilməsini həyata keçirəcəklər. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin şəxsi təşəbbüsü ilə bu il Azərbaycanda “Turizm ili” kimi elan edilib və bu, ölkənin turizm sahəsində möhtəşəm islahatlar üçün əlavə təkandır.

Hal-hazırda, Azərbaycanda “otel bumu” müşahidə olunur. Onlarla yeni mehmanxanalar tikilir, köhnə mehmanxanalar isə yenidən qurulur və bərpa olunur. İlin sonuna kimi, paytaxta 6 beşulduzlu mehmanxananın açılışı gözlənilir. Müasir mehmanxana infrastrukturunu idarə etmək üçün gənc kadrlar – menecerlər, xidmətçilər, aşpazlar və s. bu kimi işçilər lazımdır. Bu baxımdan, “Education and Career” sərgisi keyfiyyətli təhsil haqqında məlumat verməklə yanaşı, həmçinin işəgötürənlərə və mehmanxana, habelə turizm biznesi sahəsində bütün iş axtaranlara real köməklik göstərəcək. Beləliklə, sərgi gənclərin məşğulluğu üzrə cari bazarın problemlərinin həllinə imkan yaradacaqdır.

“Karyera” sektorunun iştirakçıları və sərginin xəbərləri haqqında daha ətraflı məlumatı http://education.iteca.az vebsaytında əldə edə bilərsiniz.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek