Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

28.12.2011 11:05

2012-ci il yanvar ayının 12-də “Grand Hotel Europe” mehmanxanasında “Sərgilərdə iştirakın səmərəsini necə artırmaq olar?” mövzusunda seminar keçiriləcək

Hazırda Azərbaycanda sərgi sənayesi sürətlə inkişaf edir və Azərbaycan bazarında fəaliyyət göstərən daha çox şirkət sərgilərdə iştirak prosesinə qoşulur. Bu mövzuda müxtəlif çap nəşrlərinin və internet resurslarının olmasına baxmayaraq, potensial sərgi iştirakçıları sərgi biznesinin nəzəriyyəsi və praktikası üzrə ümumi ədəbiyyatın çatışmazlığını hiss edirlər. Buna görə də, “Sərgilərdə iştirakın səmərəsini necə artırmaq olar” mövzusunda seminarın keçirilməsi aktual hesab olunur, belə ki, bu seminar sayəsində sərgilərdə maksimum nəticə əldə etmək üçün nəyi və necə etmək lazım olduğu barədə sualları cavablandırmaq asanlaşacaq. Bu cür seminar regionda sərgi sənayesinin lideri “Iteca Caspian” şirkəti tərəfindən artıq üçüncü dəfədir ki keçirilir. Seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirmək və artırmaq, habelə şirkətlərin özlərinə kənardan qiymət vermələrinə və sərgilərdə iştiraka hazırlaşarkən tez-tez yol verilən səhv və stereotiplərdən azad olmalarına imkan yaratmaqdır.

Bu seminarı digər oxşar tədbirlərdən fərqləndirən cəhət onun sırf tətbiqi xarakter daşımasıdır. Seminarın əksər hissəsi sərgi təcrübəsinə əsaslanan konkret misal və vəziyyətlərin araşdırılmasına həsr olunacaq və yalnız iştirakın səmərəsinə təsir edən ən mühüm amillərə, məs.: sərgi öncəsi marketinq, məqsədlərin təyin edilməsi, stenddə çalışacaq heyətin hazırlaşdırılması, stendin dizayn və tərtibatı, ziyarətçilərlə iş, sərgidə iştirak nəticələrinin qiymətləndirilməsi və s. toxunulacaqdır. Seminar başa çatdıqdan sonra onun iştirakçıları sərgi texnologiyaları və onların tətbiqi haqqında suallar vermək imkanı qazanacaq və “Sərgilərdən maksimum faydalanmanın yolları” adlı nadir tədris vəsaitinin sahibi olacaqlar. Seminar şirkət direktorları, satış və marketinq üzrə direktor və menecerlər, habelə şirkətin sərgiyə hazırlığı üzrə məsul işçilərə tövsiyə olunur.

Seminar “EkspoEffekt” (Rusiya) sərgilər üzrə məsləhət agentliyinin baş direktoru və “Sərgilərdən maksimum faydalanmanın yolları” adlı tədris vəsaitinin müəllifi Nikolay Karasev tərəfindən aparılacaq.

Seminar 12 yanvar 2012-ci il tarixində saat 10:00-da “Grand Hotel Europe” mehmanxanasının “Baku Ball Room” zalında başlanacaq.

Seminar rus dilində keçiriləcəkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek