Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

19.01.2012 15:00

Azərbaycanın müasir turizm mərkəzinə çevrilməsi üçün hər cür imkan var - ekspert

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın müasir və elitar turizm mərkəzinə çevrilməsi üçün bütün imkanlar var və bu imkanlardan istifadə edilərək Azərbaycan turizm baxımından inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə çatdırılacaq. Bunu çərşənbə axşamı Trend-ə d Azərbaycan Turizm Assosiasiyasının (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında Azərbaycanın müasir və elitar turizm mərkəzinə çevrilməsinin vacibliyini söyləyib.

Ekspert bu fikirdədir ki, hazırda Azərbaycan turizm sahəsində bütün Qafqaz regionunda mərkəzi ölkədir. Azərbaycan turizminin inkişaf etdirilməsi üçün yalnız Bakıda deyil, regionlarda da lazımi səviyyədə infrastruktur yaradılıb və bu işlər hazırda da davam edir.

2011-ci il "Turizm ili" çərçivəsində Azərbaycanda turizm sektorunda görülən işlərdən razı qalan Ağakərimovun sözlərinə görə, bu sahəni inkişaf etdirmək üçün həm Bakıda, həm də regionlarda müxtəlif turizm növləri üzrə işlər görülüb. Ötən il ərzində ölkədə bır sıra yeni hotellər açılıb, kadr hazırlığı məsələsinə diqqətlə yanaşılıb.

Mütəxəssis hesab edir ki, bütün bunlar turizm sektorunun iqtisadiyyatın ən qabaqcıl sahələrindən biri olmasına xidmət edir. Amma bununla yanaşı, ölkədə turizm sahəsində bır sıra işlərin görülməsinə də ehtiyac var. Azərbaycanda yay turizm ilə yanaşı, qış turizminin də inkişafı vacibdir. Ağakərimov hazırda ölkədə qış turizminin də inkişafı üçün işlərin görüldüyünü deyib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek