Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

02.02.2011 14:07

Türkiyə ikinci il ardıcıl olaraq AITF sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edəcək

“AITF 2011” – Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaş ölkəsi artıq müəyyən edilib. Artıq ikinci ildir ki, bu ada Türkiyə layiq görülür. Ənənəvi olaraq, sərgidə Türkiyənin turizm potensialı və ölkənin koloriti milli stenddə təqdim ediləcəkdir. Bundan əlavə, “AITF 2011” iştirakçılarının siyahısında Türkiyənin daha iki iri turizm operatoru da iştirak edir.

“AITF” sərgisi aprel ayının 28-dən 30-dək keçiriləcək və sərgidə dünyanın müxtəlif yerlərindən 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İlk dəfə olaraq, sərgi “Bakı Ekspo” mərkəzində təşkil olunacaq. Ötən ilki sərginin uğuru, bu il də uğurlu artım dinamikasını proqnozlaşdırmağa imkan verir. “AITF” sərgisinin nailiyyətlərindən biri də odur ki, 2010-cu ildə keçirilmiş sərginin iştirakçıları olan bütün milli qruplar artıq bir il öncədən “AITF 2011” sərgisində iştirak edəcəklərini təsdiqləyiblər. Belə ki, sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki adaları, Malayziya, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcəkdir.

Bu il “AITF” sərgisi öz yubileyini qeyd edir və onun bu onillik yubileyə gözəl nəticələrlə yaxınlaşması və Azərbaycanın bütün turizm sektorunun artan göstəricilərini əks etdirməsi xüsusi ilə simvolik bir faktdır. Yubiley ilə əlaqədar olaraq, təşkilatçılar sərginin işini müşayiət edəcək xüsusi proqram hazırlayıblar.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek