Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

01.02.2012 11:24

Bolqarıstanın milli stendi ilk dəfə “AITF-2012” turizm sərgisində təqdim olunacaq

Bu il Bolqarıstanın 10-dan çox şirkəti, o cümlədən aparıcı turizm operatorları “AITF-2012” sərgisinin ziyarətçi və iştirakçılarını öz xidmətləri ilə tanış edəcək. Bundan əlavə, Bolqarıstan “AITF-2012” sərgisində qonaq ölkə kimi çıxış etməyi qərara alıb.

Bununla bağlı, Bolqarıstan Respublikası İqtisadiyyat, Enerji və Turizm Nazirinin müavini cənab İvo Marinov qeyd edib ki: “Biz ölkələrimiz arasında turizm sahəsində böyük əməkdaşlıq potensialının mövcud olduğunu görürük və buna görə də, “AITF-2012” sərgisində çıxış edirik. 2011-ci ilin payız aylarında Bolqarıstan Respublikası İqtisadiyyat, Enerji və Turizm Naziri cənab Trayço Traykov Azərbaycana səfər edən zaman, Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulamışdı. Bununla əlaqədar həm Azərbaycandan Bolqarıstana, həm də Bolqarıstandan Azərbaycana turist axınını optimallaşdırmaq üçün bir sıra tədbirlərin keçirilməsi ilə bağlı qərar qəbul olundu və Bolqarıstan bu imkandan istifadə edərək “AITF-2012” sərgisində öz milli stendi ilə çıxış etmək qərarına gəldi. Biz əminik ki, “AITF” sərgisində iştirakımız ölkələrimiz arasında turizm əlaqələrinin inkişafına təkan verəcəkdir”.

Öz növbəsində “Iteca Caspian” şirkətinin direktoru cənab Fərid Məmmədov da bu əməkdaşlığı belə şərh etdi: “Biz çox şadıq ki, bu il Bolqarıstan “AITF” sərgisində fəal iştirak edəcək. Şübhəsiz ki, AİTF sərgisi Bolqar şirkətlərinə özlərini Azərbaycandan olan turistlərə tanıtmaq və yerli turizm şirkətkəri ilə möhkəm işgüzar əlaqələr yaratmaq üçün yaxşi bir fürsət olacaq”.

Bu il Azərbaycanın ənənəvi turizm sərgisi “AITF-2012” aprel ayının 12-dən 14-dək “Bakı Ekspo” mərkəzində keçiriləcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek