Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

14.02.2012 14:18

Argentina və Azərbaycan arasında turizm sahəsində əlaqələrin perspektivləri müzakirə olunmuşdur

Bakı, 11 fevral (AzərTAc). Fevralın 11-də “Hilton Bakı” mehmanxanasında Azərbaycanda səfərdə olan Argentinanın turizm naziri və Argentina Turizmə Həvəsləndirmə Milli İnstitutunun direktoru Karlos Enrike Meyerin iştirakı ilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov ölkəmiz ilə Argentina arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrdən söhbət açmışdır. Demişdir ki, ölkələrimiz arasında inkişaf edən iqtisadi əlaqələr turizm vasitəsilə daha da möhkəmlənəcəkdir. Bu sahədə əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcəkdir.
Bildirilmişdir ki, Argentina yeni bir turizm ölkəsi kimi Azərbaycan turistlərinin maraq dairəsinə daxil olmuşdur. Təsadüfi deyil ki, son illər Azərbaycandan Argentinaya gedən turistlərin sayında artım müşahidə edilir. Nahid Bağırov demişdir ki, biz, eyni zamanda, bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasında maraqlıyıq. Hesab edirəm ki, reklam xarakterli tədbirlərin intensivləşdirilməsi, həm Argentinada, həm də Azərbaycanda qarşılıqlı turizmyönümlü sərgilərin təşkili xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Tədbirdə çıxış edən Karlos Enrike Meyer Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişaf səviyyəsini yüksək dəyərləndirərək təmsil etdiyi ölkənin bu istiqamətdə işlərin daha da genişlənməsinə çalışdığını söyləmişdir.
Nazir demişdir ki, həm Azərbaycanın, həm də Argentinanın zəngin turizm imkanlarına malik olmaları hər iki ölkənin vətəndaşlarının bu şəraitdən qarşılıqlı surətdə yararlanmaları üçün geniş perspektivlər açır.
Qonaq qeyd etmişdir ki, 2011-ci ildə Argentinaya gələn turistlərin sayı 6 milyon olmuş, xarici ölkələrə isə bundan da çox argentinalı səfər etmişdir. Turistlərin çox olması ölkə büdcəsinin mədaxil hissəsinin artmasına da öz müsbət təsirini göstərmişdir.
Argentinalı nazir yaxın gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini vurğulamışdır.
Tədbirdə Argentina Turizmə Həvəsləndirmə Milli İnstitutunun əməkdaşı Laura Rojo geniş təqdimatla çıxış etmişdir. O, ölkəsinin turizm imkanları haqqında virtual görüntülər vasitəsilə ətraflı məlumat vermişdir.
Argentinanın turizm imkanlarından bəhs edən videomaterial nümayiş olunmuşdur.
Tədbirdə Argentina Turizm Nazirliyinin təmsilçisi Hamurabi Noufouri iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek