Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

14.02.2012 14:20

Azərbaycan və Argentina arasında turizm sahəsində əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir

Bakı, 11 fevral (AzərTAc). Argentina Respublikasının turizm naziri Karlos Enrike Meyer Azərbaycana səfəri çərçivəsində fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilmişdir.
Argentinalı həmkarının ölkəmizə səfərini yüksək qiymətləndirən Ə.Qarayev bildirmişdir ki, Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrin genişlənməsində maraqlıdır.
İki il əvvəl Kubada və Meksikada Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini xatırladan nazir Argentinada da belə bir tədbirin təşkilinin respublikamızın bu ölkədə tanıdılmasına təkan verəcəyini söyləmişdir. Bildirmişdir ki, gələcəkdə turizm şirkətləri arasında işgüzar əlaqələrin və xüsusi infoturların keçirilməsi də nəzərdə tutulur.
Əbülfəs Qarayev argentinalı həmkarına Azərbaycanda turizmin bugünkü inkişaf səviyyəsi ilə bağlı geniş məlumat vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdıran nazir dövlətimizin başçısının müvafiq Fərmanı əsasında bundan sonra hər iki ildən bir paytaxtımızda bu mötəbər beynəlxalq məclisin reallaşacağını vurğulamışdır. Ə.Qarayev Argentina nümayəndə heyətinin 2013-cü ildə Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları arasında görmək istədiyini bildirmişdir.
Argentinanın turizm naziri Karlos Enrike Meyer ölkəmizə səfərin onda və rəhbərlik etdiyi nümayəndə heyətində xoş təəssüratlar yaratdığını qeyd etmişdir. Argentinalı nazir Azərbaycanın istər iqtisadi, istərsə də mədəni əlaqələr səviyyəsində Latın Amerikası ölkələri ilə əməkdaşlığından məmnunluğunu bildirmişdir. Nazir turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini nəzərə çarpdırmışdır.
Görüşdə turizm sahəsində ikitərəfli əməkdaşlıq, Azərbaycandan yüksək alıcılıq qabiliyyətinə malik turistlərin cəlb edilməsi, turizm agentlikləri üzrə qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılmışdır.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek