Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

22.02.2012 14:23

Turizm ictimaiyyətinin diqqətinə!

“Turizm haqqında” yeni Qanun layihəsinin müzakirəsi

Turizm haqqında hal-hazırda qüvvədə olan  Qanun 1999-cu ildə qəbul edilmişdir. Həmin Qanun 90-cı illərdə Azərbaycanın dünya dövlətləri ilə münasibəti və onun geostrateji mövqeyi nəzərə alınaraq qəbul edilmişdir. Bu Qanun daha konservativ görüşlərə dayanaraq, hətta o dövrdəki Azərbaycan Respublikasında və dünyada turizm sahəsində gedən dinamik prosesləri əks etdirmirdir. Həmin Qanunda mahiyyətcə heç bir ciddi turizm problemi həll edilməsi, Azərbaycanın bir turizm dövləti kimi dünyada tanıdılması və bu sahədə inkişafa dair perspektiv normalar müəyyən edilməsi imkanları təmin edilməmişdir.
XXI əsrin əvvəlindən Azərbaycan Respublikasında qanunvericilik köklü surətdə dəyişdi. Bütün mülki münasibətlərin tənzimlənməsi Avropa standartlarına, onlar bəs etmədikdə isə universal dünya standartlarına uyğunlaşdırıldı. Bu zaman Azərbaycan Respublikasının xarici siyasətində də ciddi dəyişikliklər baş verdi. Azərbaycan Respublikası 2001-ci ildə BMÜTT-yə üzv oldu və bu təşkilatın nizamnaməsinə uyğun onun Baş Assambleyasının və digər beynəlxalq təşkilatların qərarlarını tanıdı. QUAM, İƏT, QDİƏT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilarlarla əməkdaşlıq genişləndirildi. Bütün bunlar, həm Azərbaycanın turizm sahəsində daha uğurlu addımlar atmağa, həm də eyni zamanda turizm xidmətlərinin səviyyəsini qaldırmağa vadar etdi. Indiyə qədər mövcud turizm qanununa bir neçə əlavələrin olmasına baxmayaraq, bu məqamlar Azərbaycan Respublikasında turizmə dair yeni qanunun qəbul edilməsini çıxılmaz edirdi.
Beləliklə, Yeni Qanun layihəsinin hazırlanmasının məqsədi yuxarıda qeyd olunan qüsurların aradan qaldırılması, Azərbaycan Respublikasında turizm sahəsində yaranan ictimai münasibətlərin kompleks şəklində tənzimlənməsi, turizm xidmətlərinin  müasir standartlara uyğunlaşdırılması və Azərbaycan turizm bazarının dünya turizm bazarına integrasiyasının təmin edilməsidir.
Yeni Qanun layihəsinin tənzimləmə mövzusunu turizm sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu ictimai münasibətlər Qanun layihəsində fəsillərlə bölünərək təsnifatlaşdırılmışdır.
“Turizm haqqında” yeni Qanunun qəbul edilməsi ilə aşağıdakılar proqnozlaşdırılır:
- Azərbaycan Respublikası qanunvericiliyi ilə turizm Avropa standartları arasında olan fərqləri aradan qaldırılmasına yardım edəcək;
- Ümumdünya Turizm Təşkilatının(BMÜTT) qərar və tövsiyələrinin Azərbaycan Respublikasında tətbiqinə və Azərbaycan Respublikası qanunvericiliyinə implementasiya edilməsini sürətləndirəcək;
- Turistlərin təhlükəsizliyi daha yüksək səviyyədə, yeni üsul və metodlarla təmin ediləcək;
- Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi üçün onun turizm ehtiyatları, mədəniyyəti və tarixi barədə yanlış məlumatların verilməsindən yaranan təhdid aradan qaldırılacaq;
- Turizm sahəsində xidmətlərin keyfiyyəti artacaq;
- Turizm infrastrukturu təkmilləşəcək, yeniləşəcək, genişlənəcək, turizm infrastrukturuna investisiya qoymaq imkanları artacaq və turizm sənayesi inkişaf edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə, turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış yeni Qanun layihəsi ictimaiyyətin müzakirəsinə təqdim olunur.
20 gün müddətində müvafiq rəy və təkliflərinizi 2012-ci il fevralın 26 tarixinə qədər aşağıdakı elektron ünvana göndərilməsi xahiş edirik.
E-mail: tourism@mct.gov.az

"Turizm haqqında" Azərbaycan Respublikasının qanununun layihəsi əlavə edilir

Turizm şöbəsi

http://www.mct.gov.az/?/az/news/view/1692/

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek