Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

27.02.2012 18:08

Ötən il ölkəmizə gələn turistlərin sayı 2 milyon 239 mindən çox olmuşdur

Bakı, 22 fevral (AzərTAc). Fevralın 22-də “Hilton Bakı” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiya iclası keçirilmişdir.
Kollegiya “Turizm ili”nin yekunlarına həsr olunmuşdur.
AzərTAc xəbər verir ki, iclasda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul edilməsi, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı və digər məsələlər müzakirə edilmişdir.
Tədbiri giriş sözü ilə açan nazir Əbülfəs Qarayev “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən, ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırmışdır. Nazir bu sahədə görülmüş mühüm işləri son illər Prezident İlham Əliyevin səyi və təşəbbüsü ilə ölkəmizdə turizmin inkişafına hər cür münbit şəraitin yaradılması ilə əlaqələndirmişdir.
Dövlət başçısının 2011-ci il 15 fevral tarixli Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ açmışdır. İl ərzində respublikamızda yeni hotellər, istirahət mərkəzləri, turizm müəssisələri istifadəyə verilmişdir. Bu sahədə işlər indi də uğurla davam etdirilir.
Nazir vurğulamışdır ki, ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınmışdır. Cari ilin daha uğurlu olacağı gözlənilir. Çünki bu il Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsi və digər mühüm təbirlər keçiriləcəkdir.
Son illər respublikamızda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayının çoxalmasını yüksək dəyərləndirən nazir vurğulamışdır ki, bu gün ölkəmizdə turizm sahəsində 7 mindən artıq insan çalışır.
Tədbirdə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, son vaxtlar turizm sahəsində aparılan islahatlar, ölkəmizdə mütəmadi beynəlxalq səviyyəli görüşlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə və tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təbliği bu müsbət tendensiyanın başlıca səbəbidir.
Vurğulanmışdır ki, 2011-ci ildə Azərbaycana 2 milyon 239 min 141 nəfər xarici vətəndaş gəlmişdir ki, onların da 1 milyon 800 mindən çoxu turistlərdir. Hər bir turist Azərbaycanda orta hesabla 618 manat xərcləmişdir. Turizmdən əldə olunan gəlir isə 2010-cu ilə nisbətən 26 faiz artaraq 966,3 milyon manat təşkil etmişdir.
2010-cu ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499 olduğu halda, 2011-ci ildə bu rəqəm 515-ə çatmışdır. Ötən il ölkədəki yataq yerlərinin sayı 33 min 393 olmuşdur. Bu da 2010-cu illə müqayisədə 11,8 faiz çoxdur.
Ötən il 30 mehmanxana istifadəyə verilmiş, hazırda isə 45 mehmanxananın inşası davam etdirilir.
A. İsmiyev demişdir ki, 2011-ci ildə 39 turizm şirkətinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Hazırda ölkədə 178 turizm şirkəti fəaliyyət göstərir
Tədbirdə Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək son illər ölkəmizdə turizm sahəsində əldə olunmuş uğurlardan söz açmışlar.
Kollegiya üzvləri məruzə və çıxışları yüksək qiymətləndirmiş və turizm sahəsində çalışan insanlara işlərində uğurlar arzulamışlar.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek