Baş xəbərlər07.03.2012 12:10 Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək.
Sərgilər mövsümünü ölkənin turizm sahəsinin aparıcı hadisəsi – aprel ayının 12-dən 14-dək keçirilməsi planlaşdırılan 11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (“AITF”) sərgisi açacaq. Bu sərgidə 200-dən yuxarı şirkətin iştirakı gözlənilir və burada şirkətlər 60-dan çox turizm istiqamətini təqdim edəcəklər. Artıq üçüncü ildir ki, Türkiyə ardıcıl olaraq “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. İlk dəfə olaraq, Bolqarıstanın milli stendi (Bolqarıstan İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin dəstəyi ilə) sərgidə qonaq-ölkə statusunda iştirak edəcək. Sərgidə həmçinin Macarıstan, Gürcüstan, BƏƏ, Polşa, Slovakiya, Sloveniya, Çexiyanın milli qrupları da iştirak edəcəklər. Tədbir çərçivəsində Tailand, Seyşel adaları, Mavriki və digər ekzotik turizm istiqamətləri geniş təqdim olunacaq. Sərgidə iştirak edən yerli şirkətlərin arasında öz fəaliyyətinə bu yaxınlarda başlamış otel və mehmanxanalar da olacaq. “SW Travel” (Azərbaycan) şirkəti qeydiyyat masasının sponsoru qismində çıxış edir. “AITF” sərgisinin rəsmi hava daşıyıcısı isə “AZAL” konsernidir.
bütün xəbərlər
|