Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

04.04.2011 12:34

“AITF 2011” bu il öz 10 illik yubileyini qeyd edir

Bu il öz 10 illik yubileyini qeyd edən “AITF 2011” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 28-30 aprel 2011-ci il tarixlərində “Baku Ekspo” sərgi mərkəzində keçiriləcək. Bu illər ərzində “AITF” sərgisi haqlı olaraq bütün Xəzəryanı regionun turizm sənayesinin əsas hadisəsi adına layiq görülüb. Belə ki, bu sərgidə əhəmiyyətli görüşlər keçirilir, tərəfdaşlıq haqqında müqavilələr imzalanır və yeni proqramlar, qiymətlər və istiqamətlər barədə məlumat verilir. Ötən ilki sərgini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən ziyarət etməsi bu sərginin tarixində ən mühüm hadisə oldu. Bu isə  sözsüz ki, sərginin statusunu əhəmiyyətli dərəcədə yüksəldərək bütün tədbir iştirakçıları üçün parlaq bir hadisəyə çevrildi. Dövlət başçısı ölkənin genişlənən turizm potensialını - Azərbaycan üzrə maraqlı turizm marşrutlarını əks etdirən regional stendlərə baş çəkdi. Cənab İlham Əliyev həmçinin öz turizm təklifləri ilə Azərbaycanı maraqlandırmağa çalışan digər ölkələrin də ekspozisiyaları ilə yaxından tanış oldu.

Bu il “AITF” sərgisi birdən-birə iki əlamətdar hadisəni - öz yubileyini və 2011-ci ilin Azərbaycanda Turizm İli elan edilməsini bayram edəcək. Ölkənin turizm sektoru üçün əlamətdar olan bu hadisə şübhəsiz ki, tarixə parlaq dəyişikliklər mərhələsi kimi daxil olacaq və artıq bu gün sərginin cari ildəki artım dinamikasını da proqnozlaşdırır. Belə ki, “AITF 2011” yubiley sərgisində 150 dən çox şirkətin iştirakı, habelə 23 ölkə və 55 istiqamətin təqdim ediləcəyi gözlənilir. “AITF” sərgisinin nailiyyətlərindən biri də odur ki, 2010-cu ilin sərgisində iştirak etmiş bütün milli qruplar “AITF 2011” sərgisində iştiraklarını bir il əvvəlcədən sifariş ediblər. Beləliklə, bu ilki sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcək.

Sərgi, bünövrəsi qoyulduğu gündən etibarən, ənənəvi olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Bundan əlavə, sərgiyə Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası tərəfindən də dəstək verilir. Türkiyə ardıcıl olaraq ikinci ildir ki, “AITF” sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edir. Türkiyənin turizm potensialı və koloriti milli stenddə təqdim ediləcək. Bundan əlavə, “AITF 2011” sərgisinin iştirakçıları siyahısında Türkiyənin iki böyük turizm operatoru da iştirak edir. Sərginin sponsorları arasında “Silk Way Travel” turizm şirkəti də var. Uzun illər boyu “Silk Way Travel” şirkəti ən böyük sərgi meydançalarından birini tutur. Bu il isə sözügedən şirkət, sponsorluqdan əlavə, stendin ölçülərini ötən il ilə müqayisədə 25% artırmaq qərarına gəlib. AITF sərgisinin rəsmi hava yolları qismində AZAL şirkəti çıxış edir.

Bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda təşkil edilən 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi yenidən “AITF” sərgisi ilə birgə keçiriləcək. Sərginin ekspozisiyası 18 regiondan təxminən 100 şirkəti təqdim edəcək, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının parlaq koloritini nümayiş etdirəcək və “AITF 2011” sərgisinin qonaqlarını və iştirakçılarını bir sərgi meydançası daxilində Azərbaycan xalqının rəngarəng və zəngin folkloru, mətbəxi və ənənələri ilə tanış edəcəkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek