Baş xəbərlər29.03.2012 11:59 Azərbaycanda 11-ci Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək
Bakı, 27 mart, SalamNews, R.Kərimov. “Aprel ayında Azərbaycanda 11-ci Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçiriləcək”. Bu barədə SalamNews-a sərginin təşkilatçısı “Iteca Caspian” şirkətinin direktor müavini Bəhruz Hidayətzadə məlumat verib. Onun sözlərinə görə Bakı Ekspo Mərkəzində keçiriləcək “AİTF”-2012”sərgisi xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edən 200-dən çox iştirakçı şirkəti bir araya gətirəcək. Şirkət rəsmisi bildirib ki,”Bütün dünya-Bir sərgi” şüarını tam doğrultmaqla, ”AİTF”sərgisi bu gün 60-dan çox turizm marşrutunu, 15 milli ekspozisiyanı və 30 –a yaxın iştirakçı ölkəni təqdim edəcək. Ardıcıl olaraq 3 ildir Türkiyə bu sərginin tərəfdaş ölkəsi qismində çıxış edir, Bolqarıstan isə “AİTF” sərgisində qnaq ölkə qismində təmsil olunacaq. B.Hidayətzadə sərginin ilk iki günündə Asiya, Fars körfəzi ölkələri və Hind okeanı adaları da daxil olmaqla Qətər Hava Yolları uçuş istiqamətləri üzrə otellər və kurort zonalarının tematik təqdimatlarının keçiriləcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, builki sərgini fərqləndirən cəhət müalicəvi turizmin maraqlı, geniş ekspozisiyası olacaq. Artıq neçə ildir turizmin bu sahəsi xüsusilə populyardır və böyük tələbat doğurur. 1995-ci ildən fəaliyyət göstərdiklərini və ötən illər ərzində Azərbaycanın bütün iqtisadi sahələrini əhatə edən uğurlu sərgilər təşkil etdiklərini vurğulayan B.Hidayətzadə ”AİTF” sərgisinin maraqlı və rəngarəng olacağını söyləyib.
bütün xəbərlər
|