Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

12.04.2012 21:16

“Mondial” şirkəti müxtəlif istirahət növlərini təşkil etmək üçün Azərbaycanda tərəfdaş axtarır

“Mondial” şirkəti müxtəlif istirahət növlərini təşkil etmək üçün Azərbaycanda tərəfdaş axtarır.

Eleanora Barayeva (Eleanora Barajeva), “Mondial” (Avstriya) şirkətinin turizm üzrə aparıcı meneceri


"Mondial" şirkəti Avropa standartlarına uyğun keyfiyyətdə kompleks turizm xidmətləri paketini təklif edir. Mən "Mondial" şirkətinin Avstriya və (şirkətimizin təmsil olunduğu) Avropa ölkələrinə turizm səfərlərinin təşkili üzrə istiqamətini təmsil edirəm.

Biz Bakıda keçirilən bu sərgidə ilk dəfədir ki iştirak ediirk və bura Vyana və Avstriyaya gələn turistlərin sayını artırmaq kimi yüksək ümidlərlə gəlmişik.

Bizim şirkət Azərbaycan, o cümlədən MDB ölkələrindən gələn turistlərlə bağlı çox yaxşı təcrübəyə malikdir və biz Azərbaycandan turist axınını artırmağa cəhd göstərmək üçün bura gəldik. Dağ-xizək turizmi, konqres-turizm, müalicəvi turizm və istirahətin müxtəlif növlərinin təşkili üzrə mütəxəssis olaraq, biz Bakıda tərəfdaşlar tapmaq və məhz bu sahələrdə əməkdaşlıq etmək istəyirik.

Əlbəttə ki, bizim əsas təklifimiz Avstriya, xüsusən paytaxt Vyanada və məşhur Alp dağlarında turizmin təşkili ilə bağlıdır. "Mondial" şirkətində VİP-turizm, Spa və müalicə turizmi və konfranslar, habelə konqres və seminarların təşkili kimi fəaliyyət istiqamətləri də inkişaf edib. Avstriya ilə yanaşı, biz Macarıstan, Sloveniya və Almaniya otelləri ilə müqavilə bağlamışıq. Barselonada isə konqreslərin keçirilməsi üçün ofisimiz var. Biz şirkət MDB-dən gələn qonaq və turistlərin rahat qəbulu üçün rusdilli mütəxəssislərə də malikdir.

Biz sərginin təşkilindən çox razıyıq və ümid edirik ki, bu sərgi yeni tərəfdaşlar əldə etməyə və Avstriyaya, habelə Avropa İttifaqının digər ölkələrinə Azərbaycandan olan turist axınının artmasına şərait yaradacaq.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek