Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

12.04.2012 21:18

AITF dünya səviyyəli sərgiyə çevrilib

İsmayıl Məmmədov, “Fly Dubai” şirkətinin Azərbaycandakı nümayəndəliyinin Baş meneceri

Dubay hökumətinə məxsus azbüdcəli “Fly Dubai” aviadaşıyıcı şirkəti 2010-cu ilin sonundan Dubay-Bakı istiqamətində və geriyə müntəzəm uçuşlar təşkil edir. Hal-hazırda, “Fly Dubai” Azərbaycan və Dubay arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır. Nümayəndəlik 2010-cu ildən bəri fəaliyyət göstərir və keçən ilki sərgidə biz sadəcə ziyarətçi kimi iştirak edirdik. Məhz onda ilk növbədə işgüzar əlaqələri inkişaf etdirmək üçün 2012-ci ildə bu tədbirdə mütləq iştirak etmək qərara alındı.

Sərginin fəal və işgüzar gedişatı bizim çox xoşumuza gəlir və mən inamla deyə bilərəm ki, bu sərgi təşkilatçılıq baxımından beynəlxalq səviyyəyə yüksəlib. İştirakçıların sayı, stendlərin dizaynı, stendlərdəki işin keyfiyyəti və təqdimatların təşkili ən tələbkar iştirakçı və ziyarətçini qane edir. Mənim fikrimcə, gələcəkdə “AITF” sərgisinin qonaqları və iştirakçıları getdikcə daha da artacaq, çünki Azərbaycanda turizm üçün böyük potensial var və Azərbaycandan turist axını ilbəil durmadan artır.

Bizim şirkət Azərbaycanın vətəndaşlarına və qonaqlarına yüksək keyfiyyətli xidmətlər göstərməyə hazırdır və Azərbaycanı öz fəaliyyətinin inkişafı üçün çox mühüm istiqamət hesab edir. Mən düşünürəm ki, bu sərgi Azərbaycanda Birləşmiş Ərəb Əmirlikləri istiqamətində çalışan yeni tərəfdaş və agentliklər tapmağa kömək edəcək.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek