Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

12.04.2012 21:20

“AİTF” çərçivəsində Azərbaycanda turizm üzrə ilk internet-viktorina qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

Ənənəvi olaraq, Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi çərçivəsində təqdimat və ustad dərsləri, mükafat və hədiyyə uduşları, əyləncə və mədəniyyət tədbirləri keçirilir.

İlk bu cür tədbirlərdən biri "Yerdə, səmada və dənizdə!" adlı ilk Azərbaycan “onlayn” turizm viktorinası qaliblərinin mükafatlandırılması mərasimi oldu. Bu viktorina “AITF” sərgisinin İnternet tərəfdaşı - Infotour.az turizm portalı tərəfindən təşkil edilmişdi.

Bir ay ərzində öz erudisiyası və intellektini göstərmək istəyən 600-dən çox oyunçu viktorinada iştirak etdi (bu müddətdə ZQUIZ.net vebsaytına Azərbaycan, Rusiya, MDB və Avropadan 30 mindən çox istifadəçi daxil olmuşdur).

Məsələlərin mürəkkəbliyinə baxmayaraq, bir çox iştirakçı coğrafiya, tarix, turizm və qonaqpərvərlik biznesi üzrə dərin bilik nümayiş etdirdi.

Layihənin sponsorları, Azərbaycanın qabaqcıl turizm şirkətləri və mehmanxanaların təqdim etdikləri cəlbedici mükafat uğrunda ZQUIZ vebsaytında ciddi mübarizə aparıldı və oyunun pik nöqtəsində hesab sözün əsl mənasında saniyələrlə ölçülürdü.

Nəticə etibarı ilə bir ay davam edən inadkar qarşıdurmanın sonunda müsabiqənin qalibləri aşkar edildi və “Bakı Ekspo” mərkəzində onlara mükafatlar, yəni Antalya, Praqa və İstanbula, habelə Lerikdə yerləşən “Relax” istirahət zonasına putyovkalar, həmçinin Bakıda “Kempinski Badamdar” və “Park İNN” otellərinin restoranlarında şam yeməyi üçün biletlər təqdim edildi.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek