Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

12.04.2012 21:21

Vyetnama maraqlı səfərlər

Nquyen Quok Ann (Nguyen Quoc Anh), “AT Travel” şirkətinin Baş direktoru (Vyetnam)

“AT Travel” şirkəti Vyetnamda fərdi və kollektiv turistlərə geniş çeşiddə turizm xidmətləri göstərən, habelə çarter reysləri və yük daşımaları təşkil edən aparıcı tur-operatorlardan biridir. Siz bizimlə birlikdə Vyetnam və Asiya regionunun digər ölkələrinə çox maraqlı səfərlər edə bilərsiniz. Vyetnam gözəl çimərlikləri ilə məşhurdur v’ bizim çoxlu rəngarəng ekskursiya proqramlarımız var. Bunların ən maraqlısı isə dünya mədəniyyət irsi abidələrinə ekskursiyalardır.

Vyetnamda YUNESKO-nun Dünya mədəniyyət irsi siyahısına düşmüş həddindən çox abidə var və onlar bizim turizm proqramlarına da daxil edilib. Onlardan biri yeddi yeni dünya möcüzəsindən biri hesab edilən Xalonq körfəzidir. Xalonq körfəzi bir çox cəhətdən unikaldır. Onun ərazisində Yer planetinin yaranması və inkişafı prosesindən xəbər verən aydın izlər qalmışdır. Bu yerlər müasir Vyetnamın ibtidai əhalisi - qədim vyetlərin məskunlaşdığı ərazilərdən biri hesab olunur. Körfəzin dəniz mənzərəsi, o cümlədən ölçüsü və formasına görə rəngarəng olan adalar nadir və möhtəşəm təbiət əsəridir. Bu adalarda nadir gözəlliyə malik mağaralar və qrotlar sistemi əmələ gəlmişdir. Bundan əlavə, körfəzin fauna və florası həddindən çox rəngarəngdir: burada dəniz suyunun altında qalmış meşələr, mərcan adaları, tropik leysan meşələri və s. bu kimi eko-sistemlər mövcuddur və orada minlərlə müxtəlif növ vəhşi heyvan və yabanı bitki var.

Vyetnamda digər dünya irsi abidələrinə Xüe abidələri kompleksi, tarixi Xoyan şəhəri, Mişon məbədgahı, Milli Fonqnya-Kebanq parkı, Xanoy qalası və Xo sülaləsinin qalası aiddir. Bu marşrutlar rusdilli turistlər arasında çox məşhurdur.

Biz “AİTF” sərgisində ilk dəfə iştirak edirik və Vyetnam turizm məhsulunu Azərbaycan bazarında təşviq etməyə çalışırıq. Bizim MDB ölkələri ilə on illik iş təcrübəmiz var. Hazırda biz Vyetnamda rusdilli turistlərin qəbulu üzrə ən böyük tur operatoruq. Biz həmçinin Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistandan turistlər qəbul edirik.

Ümid edirik ki, bu sərgi bizə Azərbaycandan turist cəlb etməkdə kömək edəcək. Biz sərginin təşkilindən razıyıq və hesab edirik ki, bu sərgi turizm biznesi üzrə əməkdaşlığın inkişafı üçün çox aktualdır. Biz Azərbaycanı ilk dəfə gördük və qonaqpərvər və dostcanlı paytaxt sakinləri ilə tanış olduq. Mən hesab edirəm ki, Vyetnamın tarixi yerlərinə turizm marşrutlarının təşkili çox aktualdır və ölkənizin bazarında öz seqmentini tapacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek