Baş xəbərlər12.04.2012 21:23 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ümumdünya Turizm Təşkilatı (UNWTO) birgə layihə həyata keçirəcəklər
11-ci Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” (“AITF-2012”) sərgisi çərçivəsində ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Ümumdünya Turizm Təşkilatı (UNWTO) arasında “ “İpək yolu”nun dadı” adlı birgə layihənin gerçəkləşdirilməsi haqqında saziş imzalanmışdır. Sazişin imzalanması mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevin bildirmişdir ki, Azərbaycan 2011-ci ildən UNWTO təşkilatının üzvüdür, lakin buna baxmayaraq, sözügedən layihə birinci əməkdaşlıq layihəsi sayılır. “ “İpək yolu”nun dadı” birgə layihəsi Bakıda “Qastronomiya, mədəniyyət və turizm” beynəlxalq konfransının keçirilməsini nəzərdə tutur. “Biz hesab edirik ki, qastronomiya Azərbaycanda turizmin inkişafı üçün əhəmiyyətli istiqamətlərdən biridir, çünki bizim mətbəximiz ölkənin milli-mədəni irs nümunələrindən biridir. Biz həmçinin hesab edirik ki, beynəlxalq konfransın UNWTO təşkilatı ilə birgə keçirilməsi Azərbaycanın turizm potensialının fəal təbliğatı üçün əvəzolunmaz bir imkandır”, deyə cənab Ə. Qaraev qeyd etmişdir. Öz növbəsində, UNWTO təşkilatının nümayəndəsi Alla Peresolova Azərbaycanla ilk birgə layihənin gerçəkləşdirilməsindən məmnun olduğunu bildirdi və qeyd etdi ki, Beynəlxalq “Qastronomiya, mədəniyyət və turizm” konfransı 6-7 sentyabr tarixlərində Bakıda keçiriləcək.
bütün xəbərlər
|