Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 14:20

Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi cənab Taleb Rifainin müraciət məktubu

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi

12-14 aprel 2012-ci il, Bakı, Azərbaycan

Əziz dostlar,

Mən çox təəssüf edirəm ki, bu gün Bakıda sizinlə bir yerdə ola bilmirəm.

Lakin buna baxmayaraq, mən fürsətdən istifadə edib Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisini onun 11-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Son on il ərzində “AİTF” sərgisi getdikcə daha da geniş vüsət alır və Xəzər regionunda turizm sektoru üzrə aparıcı şəbəkə forumuna çevrilərək regionun turizm sənayesinin dinamik inkişafını əks etdirir.

Mən əminəm ki, “AİTF” sərgisi 2012-ci ildə ən qabaqcıl sahə müəssisələrinin (əvvəlki illərlə müqayisədə) daha geniş iştirakı sayəsində öz nüfuzunu qoruyub saxlaya biləcək və buna görə də, UNWTO böyük məmnuniyyətlə “AİTF” sərgisinin bu ilki tədbirində tərəfdaş qismində iştirak edir.

Əziz dostlar,

2012-ci il beynəlxalq turizm üçün tarixi bir ildir və bu dünya üzrə il bir milyard xarici turistin səyahətə çıxacağı gözlənilir. Biz artıq bu əlamətdar məqama yaxınlaşırıq və buna görə də, sektorumuzun rəqabət qabiliyyətini və davamlı inkişafını nəzərdən qaçırmamalıyıq.

Beynəlxalq turizm rəqabətin həddindən artıq kəskin olduğu bir sektordur və turizm sahəsinin peşəkarları kimi, siz öz rəqabətədavamlı mövqeyinizi qoruyub saxlamaq üçün bazar təmayüllərini diqqətlə izləyəcək, innovativ və müxtəlif təkliflər edəcək və əsas diqqəti keyfiyyətə yönəldəcəksiniz. Lakin davamlı inkişafı nəzərə almasaq, bu cəhdlər öz mənasını itirəcək. Belə ki, biz yalnız davamlı inkişafa söykənməklə biznesimizin çiçəklənməsini təmin edə bilərik. Səyahətə çıxan turistlər ətraf mühitə get-gedə daha da həssas yanaşırlar və davamlı inkişaf axtarışları artıq istisnaya deyil, bir qaydaya çevrilir. Bu baxımdan, indi daha da aydın olur ki, müəssisələr davamlı inkişaf olmadan uğur qazana bilməyəcəklər.

Məhz buna görə biz turizm sektorunu ölkənin iqtisadi artımının dayaqlarından birinə və infrastruktura qoyulan sərmayələrin ən vacib istiqamətinə çevirmək üçün Azərbaycan Respublikası hökumətinin həyata keçirdiyi işləri böyük məmnuniyyətlə müşahidə edirik.

İqtisadiyyatın ənənəvi sektorlarının böyük çətinliklərlə üzləşdiyi bir vaxtda turizm, mədəniyyət və idman kimi yeni sektorlar artıma təkan verir və Azərbaycan hökuməti bunu aydın şəkildə başa düşür. Mən ötən ilin noyabr ayında sizin ölkədə unudulmaz səfərdə oldum və Azərbaycanın bu yeni reallığa nə dərəcədə yaxşı hazırlaşdığını şəxsən görə bildim.

Azərbaycanda turizm sektoruna verilən prioritetə və bu sektorun ölkə inkişafına təkan vermək potensialının təsdiqinə misal olaraq, Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etməsini, 2011-ci ilin ölkədə “Turizm İli” elan olunmasını, habelə respublikanızın Dünya liderlərinin turizmə dəstək kampaniyasına qoşulmasını və gələn ilin sentyabr ayında Ərzaq, Mədəniyyət və Turizm mövzusunda Beynəlxalq “İpək Yolu” konfransına ev sahibliyi etməsini qeyd etmək olar.

Biz həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və UNWTO arasında uzunmüddətli və məhsuldar əməkdaşlığa da çox şadıq. Mən xüsusi ilə turizm statistikası sahəsində UNWTO təşkilatının MDB ölkələri üzrə potensial artımı  proqramına ev sahibliyi etməsi, “İpək Yolu” turizminin inkişafı sahəsində əməkdaşlığı və Xəzər dənizində kruiz turizmi imkanlarının tədqiqinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm.

Biz Azərbaycanda özəl sektoru təmsil edən maraqlı tərəflərin, xüsusi ilə də Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzinin UNWTO tədbirlərində geniş iştirakını razılıq hissi ilə müşahidə edirik. Bu yaxınlarda Azərbaycan Turizm Assosiasiyasının UNWTO təşkilatının özəl sektor üzvlərinin idarəetmə orqanı olan UNWTO üzvləri şurasının Vitse-prezidenti seçilməsi isə Azərbaycanın yaranmaqda olan mühüm turizm məntəqəsi kimi rolunu bir daha təsdiq edir.

Əziz dostlar,

İcazə verin sonda bir daha təkrar edim ki, məsuliyyətli, davamlı və hamı üçün məqbul turizmin təşviqatı sahəsində Azərbaycana bir tərəfdaş kimi arxalanmaq UNWTO təşkilatı üçün böyük şərəfdir.

Biz yalnız çiyin-çiyinə çalışmaqla turizm sektorunun mümkün qədər rəqabətli və davamlı şəkildə inkişaf etməsini təmin edə bilərik.

Mən sizin hamınızı Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisindən maksimum dərəcədə faydalanmağa dəvət edir və sizə uğurlu günlər arzulayıram. Mən həmçinin ümidvaram ki, UNWTO və “AİTF” arasında əməkdaşlıq bundan sonra da davam edəcək.



bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek