Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

11.04.2011 10:38

“AZAL” Azərbaycan Hava Yolları 2011-ci ildə keçiriləcək sərgilərin rəsmi tərəfdaşı qismində çıxış edir

2011-ci ildə “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri tərəfindən Azərbaycanda təşkil edilən sərgilərin rəsmi hava yolları “AZAL” şirkəti oldu. Bu razılıq, şirkətlər arasında uzun illərdən bəri davam edən məhsuldar əməkdaşlığın nəticəsidir.

Bu əlamətdar hadisə ilə əlaqədar “Iteca Caspian” şirkətinin direktoru cənab Fərid Məmmədov bunları qeyd etmişdir: “Biz “AZAL” şirkəti ilə əməkdaşlığımıza çox şadıq və bu əməkdaşlığın Azərbaycanda Turizm İlinə təsadüf etməsi ikiqat sevindiricidir. “AZAL” şirkəti bizim Azərbaycanda keçirdiyimiz bir sıra layihələrin daimi iştirakçısıdır və dəfələrlə beynəlxalq səviyyəli Azərbaycan sərgilərinin sponsoru və tərəfdaşı qismində çıxış edib. Mən əminəm ki, bu ilki əməkdaşlığımız beynəlxalq iştirakçılara daha keyfiyyətli xidmət göstərməyimizə şərait yaradacaq, keçirilən sərgilər isə “AZAL” şirkətinin öz xidmətlərini təşviq etməsi üçün əlverişli zəmin olmaqla regionda etibarlı, perspektivli, eləcə də ən dinamik inkişaf edən şirkət kimi nüfuzunu daha da möhkəmləndirəcəkdir”.

Bu il Azərbaycanda 23 sərgi layihəsinin həyata keçirilməsi planlaşdırılır ki, onlardan beşi şirkətin portfoliosunda yeni tədbirlərdir.

Bütün sərgilər “Bakı Ekspo” sərgi mərkəzində keçiriləcək.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek