Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 15:57

Sizi Maldiv adalarının əfsanəvi gözəlliyini görməyə dəvət edirik

Olqa Bıstrova, “Intour Maldives Pvt” şirkətinin MDB bazarında rezervasiyalar və satış üzrə koordinatoru

–        “Intour Maldives Pvt” şirkəti artıq 16 ildir ki, Maldiv adaları üzrə turistlərin qəbulu (daxili turizm) şirkəti kimi fəaliyyət göstərir. Bizim şirkətin fəaliyyəti əsasən MDB bazarına yönəlib. Biz xüsusi olaraq Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistanla sıx əməkdaşlıq qurmağa müvəffəq olmuşuq. Rusiya və Ukraynada isə biz öz tərəfdaşlarımız olan ən böyük tur-operatorlar və agentliklərlə birbaşa işləyirik. 16 il bundan əvvəl şirkətimiz Maldiv adalarında ən birinci tur-operator və daxili turizm şirkəti idi. Hal-hazırda, “Intour Maldives Pvt” şirkəti ümumilikdə 100 mümkün adadan 80 adaya turların satışını həyata keçirir. Biz bir çox tərəfdaşlarla uğurlu əməkdaşlıq edirik və bizimlə işləmək çox sadədir: “Təyyarəyə minmək sizdən, qarşılayaraq xidmət göstərmək bizdən”.

“Intour Maldives Pvt” şirkəti artıq neçənci dəfədir ki, Azərbaycanda keçirilən bu sərgidə iştirak edir. Biz ümid edirik ki, bu sərgidə iştirak etməklə Azərbaycandan olan turistlərin axınını artıra biləcəyik və onlar Maldiv adalarının əfsanəvi gözəlliyini öz gözləri ilə görə biləcəklər.

Bu gün biz Azərbaycanın “Pasha Travel” və “Greenwich Travel” kimi turizm şirkətləri ilə sıx əməkdaşlıq edirik və hazırkı sərginin imkanlarından maksimum istifadə etməklə əməkdaşlıq əlaqələrimizi daha da genişləndirəcəyimizə ümid bəsləyirik.

Sərginin təşkili bizim çox xoşumuza gəldi, bu isə bizim uğur qazanacağımıza ümid verir.

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek