Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 16:17

“Marutzzi” fərdi və kollektiv turlar seqmentində keyfiyyətli xidmətlər göstərir

Yevgeniya Tabanakova, “Marutzzi Travel & Tourism” (Dubay) şirkətinin Baş direktoru

–        “Marutzzi” şirkəti Birləşmiş Ərəb Əmirliklərində turist və səyyahların ən incə zövqünə cavab verən bir sıra elit mehmanxanalarla sıx əməkdaşlıq edir. Biz iş adamları üçün işgüzar tərəfdaşlarla görüşlər, sərgilərin ziyarəti və sərgilərdə iştirak, habelə iş adamlarını maraqlandıran müəssisə və sənaye sahələri ilə yaxından tanışlıq üzrə səfərlər təşkil edirik. Müştərinin istəyi ilə bizim şirkət tərəfdaşlarla görüşləri qeyri-rəsmi şəraitdə, məsələn, qolf üçün oyun meydançasında və ya yaxtada təşkil edə bilər. Bundan əlavə, biz BƏƏ ərazisində şirkətlərin və bank hesablarının açılmasında da kömək göstəririk.

VIP kateqoriyalı turistlər üçün biz əsl şahanə servis təqdim edir və onların bütün istək və arzularına fərdi qayğı göstəririk. Biz öz işimizdə beynəlxalq “onlayn” bron sistemlərindən də fəal şəkildə istifadə edirik ki, bu da bütün dünya üzrə saysız-hesabsız mehmanxanalarda yerlərin mövcudluğu haqqında operativ məlumatları real vaxt rejimində əldə etməyə imkan verir.

Şirkətin digər fəaliyyət istiqaməti konfransların təşkilidir. Biz böyük firmalar və beynəlxalq korporasiyaların nümayəndələri üçün çox gözəl istirahətlə yanaşı, kollektivçilik ruhunun saxlanılması və şirkətdə qəbul edilmiş korporativ mədəniyyətin möhkəmləndirilməsinə yönəldilmiş əyləncə proqramlarının keçirilməsini, habelə BƏƏ ərazisində səfər seminarları və konfranslar təşkil edirik.

Fərdi əyləncə gecələri və toyların təşkili bizim eksklüziv xidmətlərimizdən biridir. Bu xidmət (ərəb musiqiçiləri və rəqs kollektivləri, eləcə də şərq mətbəxinin ən nəfis taamları ilə birgə) “1001 gecə” üslubunda təqdim olunur.

Şirkətimiz həmçinin BƏƏ ərazisində istənilən peşəkar klubun bazasında idman məşqləri və toplantılarının keçirilməsi üçün idman turlarını da təşkil edə bilər.

Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisində iştirakımızın başlıca məqsədi ziyarətçiləri və potensial müştəriləri fərdi və kollektiv turların təşkili üzrə imkanlarımızın geniş spektri ilə yaxından tanış etməkdir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek