Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

13.04.2012 17:14

“Incotrade” şirkəti İsveçrə haqqında illüziyalara son qoyacaq!

Çurkin Andrey, “Incotrade Ltd” şirkətinin Rusiya üzrə Baş direktoru

–        “Incotrade Ltd” şirkətinin əsası 1995-ci ildə İsveçrədə qoyulub və bu şirkət turizm sənayesində 40 ildən çox iş təcrübəsinə malik olan isveçrəli sahibkara məxsusdur. “Incotrade Ltd” şirkəti İsveçrəyə MDB ölkələrindən gələn turistlərin qəbulu üçün təsis edilib və rus dilində müntəzəm ekskursiya proqramlarının ilk təşkilatçısı sayılır. İndi Klassik İsveçrə adlanan tur bizim əsas məhsulumuzdur və bu tur üzrə hər həftə 20-40 turist bu ölkəyə səfər edir.

Biz Azərbaycan bazarına tədricən çıxmağa başladıq və keçən il tanışlıq xarakteri daşıyan ilk sınaq oldu. Bu il isə “Incotrade Ltd” ilk dəfədir ki, “AITF” sərgisində iştirak edir və bizim stendimizdə şirkətin üç əsas fəaliyyət istiqaməti təqdim olunur: ekskursiya istiqaməti, yəni müntəzəm ekskursiya turlarımız İsveçrənin həddən artıq bahalı ölkə olması barədə illüziyalara son qoymaq üçün nəzərdə tutulub. İkinci istiqamət isə fərdi sifarişlər (bron), dağ-xizək kurortları, SPA kurortları, eləcə də bələdçilər, sürücülər, müxtəlif kateqoriyalı mehmanxanalar və s. ilə təmin olunan istənilən fərdi bron variantıdır. Fəaliyyətimizin üçüncü istiqaməti korporativ turizmdir (korporativ tədbirlərin keçirilməsi, sərgilərdə iştirakın təşkili və s.) Məsələn, Rusiyadan olan bir çox əczaçılıq təşkilatı İsveçrədə öz tədbirlərinin təşkili üçün bizim şirkətimizin xidmətlərindən istifadə edir.

Mənim turizm sərgilərində iştirak üzrə 15 illik zəngin iş təcrübəm var və mən deyə bilərəm ki, Azərbaycan sərgisi təşkilatçılıq baxımından çox yüksək səviyyədədir və yeni sərgi kompleksi bu qədər genişmiqyaslı tədbirlərin keçirilməsi üçün çox rahatdır. Bizim artıq kifayət qədər maraqlı görüş və danışıqlarımız baş tutub və biz ümid edirik ki, bunlar Azərbaycanda potensial müştərilər tapmağımıza kömək edəcək.

 

 

 

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
QONAQ ÖLKƏ
Bulgaria
SPONSORLAR

SW Travel

KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
Baş xəbərlər
VALYUTA MƏZƏNNƏSİ
  17/06/2021 18/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



AITF is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek